Dəccal gözəlliyin düşmənidir, şəhərlərin, əşyanın, heyvanların və bitkilərin düşmənidir. Ən başda insanın düşmənidir, lakin bundan da əhəmiyyətlisi Allahın düşmənidir. Allahın yaratdığı, gözəl gördüyü hər şeyi yox edir. Canlıları yox edir, malları yox edir, heyvanları yox edir, bitkini yox edir.

(A9 TV; 2 dekabr 2015)

Mövhumatçılar gözəllik gördükləri vaxt, iflic olurlar. Onların həyatı həmişə murdardır. Yoldaşları murdar, yeməkləri bərbaddır, evləri, danışıqları, ağızları bərbaddır, ayaqqabıları bərbaddır, hər yerində kir olar. Keyfiyyətli, gözəl insanlara öyrəşmədikləri üçün, gördükləri vaxt, sanki şoka girir, heç cür qəbul edə bilmirlər.

(A9 TV; 2 dekabr 2015)

Zaman cənnətdə möminlər üçün sonsuz olur. Çünki Allahın ruhunu daşıyırlar. Allahın ruhu sonsuza qədər ölməz. Allah necə ölmürsə, ruhu da sonsuza qədər ölməz. Allah, insan üçün də; “Ruhumdan üfürdüm” deyir.

(A9 TV; 30 noyabr 2015)

Müsəlman müsəlmanı öldürür. Müsəlmanların başında bir lider olsa, məsələ həll olacaq. İslam Birliyi olsa, bütün müsəlmanlar xilas olacaq. Həmin gün, həmin saat xilas olarlar. Bir mənəvi lider, sevgi bağıyla lider, bütün terror və anarxiya qruplarının fəaliyyətini dayandıracaq. Sevgini, qardaşlığı əsas götürən bir ruhu bütün İslam aləminə yayacaq, hər kəsə bir-birinin dostu olduğunu göstərəcək.

(A9 TV; 29 noyabr 2015)

İslam Birliyinə qarşı müqavimət göstərmək haramdır, müsəlmanların başına lider seçməsi fərzdir. Hər gecikmə haramın qatlanaraq artmasına səbəb olur, müsəlmanlar, öldürülən hər insandan, hər məzlumdan məsul olurlar. Çünki inadla İslam Birliyini istəmirlər, inadla mehdiyyətdən uzaq dayanmağa çalışırlar. Uzaq dayanmağa çalışdıqca da, cinayətlər, ölümlər qatbaqat artır.

(A9 TV; 29 noyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)