Həyatında nələr edəcəyi onsuz da taleyində məlumdur, nələr olacağı da məlumdur, lakin təşvişə qapılır. Bunu Allah ən yaxşı şəkildə etmişdir, mümkün olduqca ən mükəmməl şəkildə etmişdir. Bəs təşvişə qapılmağın nə mənası var? Heç bir ağıllı tərəfi yoxdur, məntiqi də yoxdur. Çünki məsələ onsuz da həll olmuşdur. Boşuna təşvişə qapılır. Allah hər şeyi ən gözəl şəkildə yaradır.

(A9 TV; 29 noyabr 2015)

Başa öz-özünə məlumat gəlməz. Tərbiyə edilməlidir, öyrədilməlidir. Başını qoy yerə yat, bu cür olmaz, insan xüsusi olaraq məşğul olmalıdır. Düşünmək namaz kimi ibadətdir.

(A9 TV; 29 noyabr 2015)

O uşağın dənizdə sahilə vurması səbəbi, müsəlmanların başçı seçməmələridir, birləşmə qərarı almamalarıdır. Birləşmə qərarındakı ən mühüm şey başçının seçilməsidir. Hər kəs, başçı seçmədən “birləşək” deyir, bütün dövlət başçıları filan. Sən başçını seç, ondan sonra bax gör birləşirlər ya yox? “Başçımız budur” desən, onsuz da birləşmə olur.

(A9 TV; 29 noyabr 2015)

Müsəlmanların kifayət qədər məlumatının olmaması ən qəliz şəkildə əks olunması birləşməyi qəbul etməmələri və başlarına bir lider seçməmələridir. Birləşsələr, elə həmin gün məsələ həll olar. Nə terror, nə anarxiya, nə döyüş, nə də bu cür müsəlman qırğını olar. Hər gün başçı seçməmələrindən qaynaqlanan, ağlasığmaz cinayətlər və əzablar yaşanır.

(A9 TV; 29 noyabr 2015)

Allah: “Təvəkkül edin” deyir. Təvəkkül ancaq diqqəti toplama, inanc və qətiyyətlə meydana gələr. Öz-özünə təvəkkül yaranmaz: “Mən onsuz da müsəlmanam, mənə təvəkkül gəlsin” olmaz. Çalışmalı, zəhmət çəkib düşünməlidir, bu zaman Allah ona verər təvəkkülü.

(A9 TV; 29 noyabr 2015)

Allah: “Dərin düşünün” deyir. Çünki dərin düşündükdə Allah xüsusi bilik verir. Yəni dərin düşünmək, bir ibadət formasıdır. Dərin düşünməyə niyyət edildikdə, Allah həmin şəxsə xüsusi dərinləşmə biliyi verir. Eləcə də, bunun rahatlığını yaşayır. Lakin düşünmədən, öz-özünə məlumat gəlmir. Zəhmət çəkmədən məlumat gəlmir.

(A9 TV; 29 noyabr 2015)

Terrorla mübarizədə qorxuducu güc əhəmiyyətlidir. PKK-ya qarşı hər polisdə avtomat silah olmalıdır. Bir də ən azı üstündə 200-300 mərmi olmalıdır, ən azı 3-4 ədəd də qumbara olmalıdır, belə olduqda ağlasığmaz dərəcədə qorxuducu olur. PKK qumbaraatan ilə gəzir, polis isə tapança ilə gəzir, heç belə şey olar? Polisin üstü silah-sursatla dolu olmalıdır.

(A9 TV; 28 noyabr 2015)

Bölgə, Türk İslam Birliyi düşüncəsini qəbul edər. Lakin Amerikanın bu hegemon məntiqini qəbul etməzlər. Bir də Osmanlı deyə heç nə olmaz. Səlcuqlular deyə heç nə olmaz. Bir daha Oğuz xanın dövrünə qayıdılmaq olmaz. Bir daha Sultan Alp Arslanın dövrünə qayıdılmaq olmaz. Nəyə qayıtmaq olar? Gələcəyə qayıtmaq olar. Gələcək nədir? Mehdiyyətdir.

(A9 TV; 27 noyabr 2015)

Böyük hadisələr olacaq demişdim. Qarşısını almaq üçün, çox məşğul olacağıq. Axırzaman barədə danışdığımız vaxt, hekayə danışdığımızı zənn edirdilər. Axırzaman qapıda dayanıb. Deməli, sözüm həqiqət imiş. Görmədim, eşitmədim, anlamadım demək olmaz. Heç görməyən belə görməyə başladı, heç eşitməyən belə eşitməyə başladı. 2019-cu ilə qədər açılmayan göz, görməyən göz qalmayacaq.

(A9 TV; 27 noyabr 2015)

Bir kürdə PKK-lı demək ən böyük təhqirdir. Kürdlər məndəndir, qanımdır, qardaşımdır. PKK isə dünyadakı bütün murdarların, bütün alçaqların bir yerə toplandığı qürursuzlar ordusudur. Kürdləri təhqir etmələrinə icazə vermərəm.

(A9 TV; 26 noyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)