Sevgi böyük gücdür; çünki Allah sevgini insanın fitrətində yaratmışdır. Şeytan da insanın fitrətindən çıxartmağa çalışır. Şeytan bacara bilməyəcəyi bir işə girişdi. Şeytanı ayaqlarımızın altında əzəcəyik və sevgi dünyaya hakim olacaq.
(A9 TV; 19 noyabr 2015)
Qadınlar, çiçək kimi varlıqlardır. Onlara bu qədər iztirab, əzab verməyin nə mənası var? Buxarın dünyada gözəl yaşasınlar. O zaman Avropa da, Amerika da qapılarını Türkiyənin üzünə sonunadək açar. Bu PKK-lı alçaqları da onlar dəstəkləməzlər.
(A9 TV; 19 noyabr 2015)
Quranda bildirilən əxlaqda mülkiyyət hərisliyi yoxdur. Hər şey hər kəsin olur. Qardaşlıq ön plana çıxır. Hər kəs malını-mülkünü qardaşıyla paylaşır. Yediyini, içdiyini, paltarını, əşyasını, hər şeyini. Bir yerdə bir şey yığıb toplamaq, hərislik etmək, belə şeylər olmaz. Sonradan uydurublar: “Qızılın qırx da bir (1/40) hissəsini verməlisən” deyə. “Belə şey yoxdur. Quran, ehtiyacdan artıq qalanı verin” deyir.
(A9 TV; 18 noyabr 2015)
Zülmün həll yolu sevgidir, sülhdür, rasionallıqdır, elmdir, irfandır, mövhumatçılığa qarşı Quran həqiqətləri ilə aparılacaq mübarizədir. Hal-hazırda anlamazlıqdan gələnlər ola bilər, lakin çox yaxın vaxtda hadisələr xeyli böyüdükdə anlayacaqlar. Dediyimi bir yerə yazın, eynilə görəcəksiniz. Eynisi meydana gələcək.
(A9 TV; 18 noyabr 2015)
Dünyanın hər tərəfində prezident idarəetmə sistemi ölkələri bölünməyə aparacaq tərzdədir, federasiya yaradacaq bir sistemdir. Dünyada federasiya yaratmayacaq prezident idarəetmə sistemi yoxdur.
(A9 TV; 18 noyabr 2015)
YPG-yə qarşı əməliyyat aparılsın. Türkiyənin sərhədlərini tamamilə əhatə ediblər, son mərhələyə gəldilər, hər an Aralıq dənizinə çata bilərlər. Nəhəng bir zolaq meydana gətirib İslam aləmi ilə, Türk aləmi ilə əlaqəmizi kəsmək istəyirlər. Buna heç vaxt icazə verilməməlidir. Vaxt itirmədən lazımi işlər görülsün.
(A9 TV; 18 noyabr 2015)
Yəhudilərdə sən lənət axtarma. Xristianlarda lənət axtarma. Günah işləyən və günahında israr edən lənətlənər. Məzlum insan lənətlənməz.
(A9 TV; 5 noyabr 2015)
Allahın bir irqi lənətləməsi, ədalətinə uyğun olmaz. Allahın lənətlədiyi hansısa xalq yoxdur. Törətdikləri günahlara görə Allahın lənətlədiyi insanlar ola bilər. Lənətlənən günahı törədəndir. Yoxsa uşağının nə günahı var? Nəslindən gələnlərin nə günahı var?
(A9 TV; 5 noyabr 2015)
Yəhudilərin lənətləndiyi iddiası yalandır. Belə şey yoxdur. O dövrdə əxlaqsızlıq edən bir camaat olubdursa, lənətlənən onlardır. Bu qədər. Tövbə etməyə də imkan olar. Əxlaqsızlıqda, zülmdə israr etsə lənətlənər. Müsəlman lənətlənərmi? Əxlaqsızlıq etsə o da lənətlənər.
(A9 TV; 5 noyabr 2015)
Allah duanı sevir. Dua bir az nəzərdən yayınan ibadət kimi görünür. Namazını qılarsan, lakin dua etsən də olar, etməsən də olar kimi. Halbuki, dua çox mühümdür.
(A9 TV; 5 noyabr 2015)





