Allah möminləri diqqətlə qoruyar. Allah bəzən öz qatına da qaldırar. Məsələn, hz. İsa (ə.s)-ı öz qatına qaldırması kimi. Hz. Yəhya (ə.s)-ı, hz. Zəkəriyyə (ə.s)-ı şəhid olaraq yanına aldığı kimi, lakin hər nə olsa möminin lehinə olar.

(A9 TV; 6 dekabr 2015)

Bir insan dünyaya PKK-lı olaraq gəlməz, sonradan PKK-lı olar, təhsillə PKK-lı olar. Darvinist-materialist təhsilə son qoysan, Stalinizmin, kommunizmin çirkinliyindən danışsan həmin insanı qazanarsan. Bu qədər sadədir. İnsanı öldürmək yerinə beynindəki fikri, şeytanı öldür. İnsanın beynindəki şeytanı öldürsən, həmin insanı qazanarsan.

(A9 TV; 5 dekabr 2015)

Həm PKK, həm də İŞİD-lə fikri mübarizə aparmaq lazımdır. İŞİD gecə-gündüz təhsillə qüvvə toplayır. İnsan dünyaya İŞİD-li olaraq gəlmir, sonradan olur. Necə olur? Təhsillə olur. Sən də əks təhsil versən, düzəldərsən.

(A9 TV; 5 dekabr 2015)

Meyvənin bitkisi atomu tanıyır, dəmir atomunu tanıyır. Məsələn, milliqramı tamamlandıqda, üzümün içinə lazımi miqdarda dəmir girdikdə, artıq bir daha dəmir almır içəriyə, tamam deyir. Maqneziumdan kifayət qədər aldıqda bir daha maqnezium almır. Kalsiumdan kifayət qədər aldıqda, həmin meyvəyə məxsus miqdarı təmin etdikdə bir daha almır.

(A9 TV; 5 dekabr 2015)

Allah meyvələri necə də gözəl bəzəmişdir. Bir çox insan dəyər vermir. Halbuki insan ağlından milyonlarla dəfə daha ağıllı və daha məharətlidir. İnsan tək bir üzüm dənəsinə nə forma verə bilər, nə dad verə bilər, nə də o kalsium, maqnezium, sink tarazlığına nəzarət edə bilər.

(A9 TV; 5 dekabr 2015)

Dünyanın ən müasir ölkəsi olaq. Çox müasir bir dövlət quruluşu olsun. Qadınlar ön planda olsun. Musiqidə, incəsənətdə, estetikada dünyanın ən qabaqcıl ölkələrindən olaq. Qatı mövhumatçı görünüş bizə yaraşmır. Türkiyəni buna görə yox etmək istəyirlər. Eləcə də, PKK-ya qapılar sonuna qədər açılır.

(A9 TV; 4 dekabr 2015)

PKK təxminən 40 ildir ki, müsəlmanları görünməmiş dərəcədə inildədir. Türkiyə sərhədləri daxilində, böyük bir ərazidə hakimiyyət qurdular. Cənub-Şərqi Anadolu bölgəsində sərhəd zolağını kənardan başdan-başa əhatə etdilər. Bunları görməzlikdən gələrək, gedib orada cahil, məlumatsız müsəlmanlarla türk əsgərini üz-üzə gətirmək çox böyük günah olar, çox böyük xəta olar.

(A9 TV; 4 dekabr 2015)

Türkiyə olaraq müsəlmanlara qarşı vuruşacaq sistemə qətiyyən daxil olmamalıyıq. Müsəlman qanı axıtmaq haram olar, uğursuzluq gətirər, çox böyük fəlakət olar. PKK fitnəsi olduğu halda, Mehmetçiyi müsəlmanların üzərinə göndərmək çox böyük səhv olar.

(A9 TV; 4 dekabr 2015)

İslam Birliyi planla, layihə ilə olacaq şey deyil. Suriyanın mövqeyi, İraqın mövqeyi inkişaf etdiyi bir vaxtda, göydə də, Allah, hədisdə çıxacağı bildirilən quyruqlu ulduzlarla işarəsini verir. Bunlar insanların edə biləcəyi şeylər deyil. Biz ikibaşlı quyruqlu ulduzu göyə qoya bilmərik. Hadisələr tamamilə tale çərçivəsində baş verir.

(A9 TV; 3 dekabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)