Müsəlmanlar, çox bəsirətli, fərasətli və çox ağıllı olmalıdırlar, ayıq olmalıdırlar, durğun olmaq yaramaz. Su yatar, münafiq yatmaz. Xəstəlik hər an yenidən inkişaf edər. Məsələn, müsəlmanlar şirin-şirin izah edərlər, lakin o lağ edər, dinləməz belə.

(A9 TV; 7 dekabr 2015)

Bəzən mömin münafiqə çox bənzəyər, lakin münafiq olmaz, müvəqqəti xəstəliyə tutulmuş olar. Onu bu xəstəlikdən xilas etdikdə, o normal müsəlman olaraq davam edər. Lakin bu müalicə münafiqə tətbiq edildikdə (burada çox böyük təhlükə var) eynilə o da xilas olmuş kimi görünər, lakin gizlində münafiqliyə davam edər.

(A9 TV; 7 dekabr 2015)

Münafiqlər dünyadakı müsəlmanların vəziyyətlərini düşünmədikləri kimi, üstəlik, bu çətinlikləri və məsuliyyəti boyunlarına götürmədiklərinə də sevinərlər. Ağıllı olduqlarının qənaətindədirlər. Tədbirli davranır, məsələn, müsəlmanlardan uzaq olar, hadisələrdən uzaq olar. “Mən nə qədər ağıllıyam” deyir, “nə qədər məqsədəuyğun hərəkət edirəm” deyir. Başına gələn bəlanı görmür, möminlərə gələn neməti də görmür. O cəhənnəmin dibinə bir qədər də yaxınlaşmış olur, möminlərin cənnəti daha da parlamış olur.

(A9 TV; 7 dekabr 2015)

Münafiqlər Peyğəmbər (s.ə.v)-ə: “Evlərimiz nəzarətsiz qalıb” deyiblər. Nəzarətsiz qalıb da nə deməkdir? “Evdə oturan uşaqlarımız var, onların təhsili var, onlarla məşğul olmalıyıq. Xanımlarımıza yemək aparmalıyıq, onlarla maraqlanmalıyıq. Dükan da nəzarətsiz qalıb” deyir. “Ticarət yarımçıq qaldı, onunla məşğul olacağıq” deyir. Qardaşım, elədir də, müsəlmanları boğub-öldürürlər, şəhid edirlər. Sənin dükanın əhəmiyyətlidir, yoxsa bu?

(A9 TV; 7 dekabr 2015)

Bir çox insanı İslamın hakimiyyəti maraqlandırmaz, o əsasən öz həyatı ilə maraqlanar. Evlənmək, oğul-uşaq sahibi olmaq, işini-gücünü qurmaq istəyər, həmçinin müsəlmanlardan da istifadə etmək, müsəlmanlıqdan da istifadə etmək istəyər. Əslində öz istəkləriylə maraqlanır. İslam onun üçün, yaxşı istifadə ediləcək bir zəmindir. Yan-yörə üçün, ticarət üçün, evlənmək üçün.

(A9 TV; 7 dekabr 2015)

Sən müvəqqəti dünyanı istəsən, Allah dünyanı səndən həmişə uzaqlaşdırar, dünya bu dəfə başına bəla olar. Halbuki, fədakar insanlarla dünya gözəl olar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) fədakar idi. Səhabələr də fədakar idi. Heç biri mənfəətpərəst deyildi. Mənfəətpərəst insanların olduğu cəmiyyətlər çökür.

(A9 TV; 7 dekabr 2015)

Bir çox insan zövq almağı, kef çəkməyi düşünər, İslamdan da istifadə edər. Məsələn, ticarət etsin, yesin, içsin, gəzsin, evlənsin, iş-güclə məşğul olsun. İslam aləminin böyük hissəsində bu zehniyyət vardır. Buna görə də, Allah İslam aləmini məhv edir. Allah Özünə yönəlmələrini istəyir, onlarsa yönəlmirlər. Allah: “Müvəqqəti dünya həyatını istəyirsiniz” deyir, “Halbuki xeyirli və gözəl olan axirət yurdudur, kaş ki, biləydiniz” deyir.

(A9 TV; 7 dekabr 2015)

Hz. Mehdi (ə.s) aydın bir dünya meydana gətirəcək, İslam aləminə müasirliyi gətirəcək. Qadınların azad yaşayacağı, gənclərin azad yaşayacağı, musiqinin, rəsmin, heykəlin, incəsənətin hər növünün ən yüksək gözəllikdə yaşanacağı bir mühitin yaranması, hz. Mehdi vasitəsilə olacaq.

(A9 TV; 7 dekabr 2015)

Türkiyə bir Avropa ölkəsi kimi olmalıdır, Norveç kimi, Danimarka kimi, Hollandiya kimi. Qadınların sərbəst olduğu, incəsənətin, elmin, estetikanın mümkün qədər geniş yayıldığı bir mühit olmalıdır. Bu zaman Avropa və Amerika bölgədə PKK dövlətinin olmasını istəməz, Türkiyə kifayət edər.

(A9 TV; 7 dekabr 2015)

Armaqedon, İraq müharibəsi ilə başladı və yavaş-yavaş böyüyür. İraqda 1,5 milyondan artıq insan şəhid oldu. Suriyada 400 min, Əfqanistanda isə, yüz minlərlə insan. Bunlar məhz Armaqedonun ayaq səsləridir. Armaqedon, indinin özündə də geniş miqyasda davam edir.

(A9 TV; 6 dekabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)