Münafiqi elmi yolla məğlub etmək demək, şeytanı məğlub etməkdir. Münafiqi elmi yolla məğlub etdiyin zaman Allah üçün qələbə qazanmış, şeytanın Allah haqqındakı bütün iddialarının əsassızlığını dünyaya göstərmiş olarsan. Münafiq əlamətlərindən bəhs etsən münafiq lampa kimi yanıb-sönməyə başlayar və dünya ona dar olar. Buna görə də, münafiq, münafiq əlamətlərindən bəhs edilməsini heç istəməz. Münafiq əlamətlərindən hər dəfə bəhs edildikdə şeytan özünü yerdən-yerə atar.

(A9 TV; 15 yanvar 2018)

Türkiyədə azadlıq yoxdur deyənlər, mənə və dostlarıma baxsınlar. Qadınların nə qədər azad olduğunu, gənclərin istədiyi kimi əyləndiyini, söz azadlığının olduğunu bütün dünyaya göstəririk. Türkiyə müasir, ziyalı, azad ölkədir. İnsanlar istədiyi kimi geyinər, istədiyi kimi əylənər. Hökumətimiz azadlığın tərəfdarıdır. Biz həyatımızla bunu faktiki olaraq sübut etdik.

(A9 TV; 15 yanvar 2018)

Səthi eqoistlik təhsillə aradan qalxar. Eqoist olmaq insanı ən çox alçaldan haldır. Eqoist insana hər şey qapanar. Nə sevgi, nə mərhəmət, nə ağıl, nə də nur qalar. Eqoistlik insanı məhv edən bəla olduğu üçün dinlərin ən mühüm məqsədi eqoistliyi aradan qaldırmaqdır.

(A9 TV; 15 yanvar 2018)

İnsan yataqdan qalxdığı an Allah ilə əlaqəni daha güclü hala gətirməlidir. Gecə yuxuda ölmüş olur, hər səhər həyata yenidən başlayır. Yenidən Allahın sənətini, möcüzələrini düşünməsi lazımdır. İlk növbədə səsi kim eşidir, təsviri kim görür, bunları düşünməsi lazımdır. İnsanların çoxu hər şeyin beynin içində olduğundan xəbərsizdir. Biri tərəfindən bir şeyin görülüb dərk edilən olması Allahın mövcudluğunun konkret dəlilidir. Səsi eşidən kimdir, toxunmanı hiss edən kimdir, suyun dadını alan kimdir, limonun qoxusunu alan kimdir? Bu, ağlı dayandıracaq mövzudur. Əksər insanın bu mövzunun fövqəladəliyindən xəbəri belə yoxdur.

(A9 TV; 15 yanvar 2018)

Suriyanın ərazi bütövlüyünün qorunması mühüm məsələdir. Bunun üçün mütləq ilk növbədə, Suriya dövlətini və hökumətini tanıyaq. Suriya hökuməti; “bütün xarici ünsürlərin çıxmasını” istəsin və Türkiyə, Rusiya və İrana bu məsələdə kömək üçün dəvət etsin. Türkiyə də leqal surətdə müdaxilə etsin. Suriya məsələsinin bundan başqa həll yolu olması qeyri-mümkün görünür. Suriyada hal-hazırda sahibsiz dövlət, sahibsiz millət, sahibsiz torpaq var. PKK Amerika bayraqlarının arxasına sığınmış vəziyyətdədir. Türkiyə içəri daxil olduqda səhvən Amerika əsgərləri vurulsa, Allah qorusun çox böyük hadisə baş verər. Bölgəni PKK-dan təmizləməyin yeganə yolu Suriya dövlətini və hökumətini tanımaq, həmçinin Rusiya və İranla birlikdə hərəkət edərək birgə əməliyyat aparmaqdır. Bu əməliyyat da, təkcə Suriya dövlətinin dəvəti ilə ola bilər. Dolayısilə Türkiyə tezliklə Suriya dövlətini və hökumətini qanuni hesab etdiyini bəyan etmək məcburiyyətindədir.

(A9 TV; 15 yanvar 2018)

İnsanlar adətən problemləri olduqda bunu qarşılarındakı insanla həll etməyə çalışırlar. Ya küsürlər, ya inciyirlər, ya da qarşılarındakının sevgisindən şübhə edirlər. Halbuki doğru olan, insanın hər məsələsini Allah ilə həll etməsidir. Bu mühüm həqiqət cəmiyyətdə ciddi şəkildə unudulur. Allahı (haşa) unutmaq isə böyük faciədir. İnsanın qarşısındakı insanı deyil, Allahı əsas götürməsi lazımdır. Hər tələb Allahdan istənilər. Yoxsa insanların bir tələbi ödəyəcək, bir problemi həll edəcək gücləri yoxdur. Mütləq hər şeyi Allahdan istəmək lazımdır. Əksi çox böyük səhv olar. İnsanın problemi olanda, diqqətlə Allaha dua edib, Allahdan kömək istəməyə davam etməlidir. Təbii ki, insan səbəblərə sarılar, dua mahiyyətində hökmə əsasən qarşısındakı insana problemini söyləyər, danışar, onu müsbət yöndə düzəltməyə, yaxşıya, doğruya çəkməyə çalışar. Lakin adətən əsas Allahdan istəmək doğru olandır. Çünki qəlbi yaratmağı Allah edər, şəxslər edə bilməz. Əks təqdirdə insan ciddi səhv etmiş olar, ciddi problemə sürüklənmiş olar. Bu xətada heç vaxt müqavimət göstərməmək lazımdır.

(A9 TV; 14 yanvar 2018)

Allaha olan sevgi əsas olan sevgidir. Allah ilə həmişə səmimi əlaqə olması vacibdir. Allahı (haşa) unutmaq çox dəhşətli və çox utanc vericidir. Allaha şübhə ilə yanaşmaq da çox çirkin və çox utanc vericidir. İnsan Allah ilə yaxın əlaqədə olduğu zaman, Allah hiss etdirmədən yavaş-yavaş bəndəsinin yolunu açar. Lakin Allah unudulduğu zaman bunun qarşılığını da, Allah hiss etdirmədən yavaş-yavaş yaradar. Dərhal qarşılıq olmaz, hamısı yavaş və məqbul artımla olar. Allah qətiyyətlə sevilər. Allah da qulunu qətiyyətlə dəstəkləyər, lakin bu gözlə görünən möcüzə tərzində çox açıq şəkildə baş verər.

(A9 TV; 14 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)