Yalan danışmaq dəliliyin bir növüdür və insanların diqqətini çəkmək üçün, insanları əyləndirmək üçün, cahil təbəqədə xüsusilə mədəniyyətsiz təbəqədə çox geniş yayılmışdır. Bu dəlilik növü olduğu və insanı alçaltdığı üçün, heç bir insan buna yaxın durmamalıdır. İnsanların diqqətini çəkəcəyəm, yaxud çoxbilmişlik edəcəyəm, böyüklüyünü göstərəcəyəm deyə yalan danışmaq alçaqlıqdır.

(A9 TV; 13 dekabr 2015)

Türkiyənin Avropalaşmış olması çox əhəmiyyətlidir. Baxın ən ənənəpərəsti, ən Ortodoksu belə Avropaya getmək istəyir. Avropanı bəyənirlər. Deməli, insan fitrətinə uyğundur. Rəsm, musiqi, heykəl olmalıdır, gözəl yollar, gözəl binalar olmalıdır, gözəl insanlar və gözəl həyat tərzi olmalıdır. İnsan fitrəti bu cürdür. Əgər dedikləri doğru olsaydı, bunlar Yaxın Şərqə gedərdilər, Misirə, Pakistana, Hindistana, İrana gedərdilər. Getmirlər. Hətta bəziləri nifrət edir, qətiyyən istəmirlər.

(A9 TV; 12 dekabr 2015)

Əgər Türkiyədə mövhumatçı görünüş çoxalarsa, ​​Türkiyəni bir Ortodoks ölkəsinə çevirib faciəvi şəkildə əzərlər. Yəni Suriyaya və İraqa etdiklərinin eynisini edərlər. Lakin Türkiyə, Avropalaşmış bir ölkə görünüşündə olsa bütün dünyada dəyər qazanar.

(A9 TV; 12 dekabr 2015)

Allah Quranda insanın normal ağıla sahib olmasını təmin edəcək, çox gözəl sirlər vermişdir. Bir kərə insanın özünü Allaha həsr etməsi, bütün əxlaqsızlığı və anormallığı aradan qaldırır. Təvəkküllü olması özünə verdiyi əziyyəti aradan qaldırır. Səbirli olduğunda, hər kəslə dost olur. Vəfalı olduğunda, hər kəsin sevəcəyi şəxsiyyətə sahib olur. Özünü tənqid etdikdə ağlı başına gəlir. Başqası tənqid etdikdə isə, tamamilə ağıllı hərəkət edən, əməli və sözü bir-birini tutan bir insana çevrilir, sevilən bir insana çevrilir.

(A9 TV; 11 dekabr 2015)

Tənqid edilməsə nəfs insanı ruhi xəstə edər, dəli edər. Müsəlman özünü tənqid etməlidir, başqasına da özünü tənqid etdirməlidir. Bunu etdiyi vaxt, nə etdiyini çox yaxşı bilən, əməli və sözü bir-birini tutan, normal və ağıllı hərəkət edən birinə çevrilər. Ruhi xəstəliyi varsa, bundan xilas olar. Dəlilik yox olar, təcavüzkarlıq yox olar. Sözünün və əməlinin bir-birinə uyğun gəlməməyi, eləcə də, özünə verdiyi əzab yox olar.

(A9 TV; 11 dekabr 2015)

Mehdiyyətə olan sevgilərindən, hz. Mehdi (ə.s) ilə əlaqəli rəvayətləri qorumaqdakı həssas davrandıqlarından ötrü, bütün şiələri alqışlayıram. Hədislər Axırzaman hadisələrinə tam uyğundur. Hz. Əli (r.ə)-dən gələn, açıq-aydın reallaşan və möcüzə olan hədislər. Həmişə şiələrdən gəlir. Bu rəvayətləri əhli-sünnə mənbələrində tapa bilməzsiniz.

(A9 TV; 10 dekabr 2015)

İnsan özünü bilməz, bu cəhətdən, tənqid mükəmməl nemətdir. Lakin şeytan bunu fəlakət və əzab pərdəsinə bürümüşdür. Tənqid insanlarda çox mənfi təsir yaradır. Məhv olur, insanlıqdan çıxır sanki. Şeytanın verdiyi əzaba baxın. Onun lehinə olan, xeyirinə olan, nemət olan bir şeyi ona necə göstərir.

(A9 TV; 10 dekabr 2015)

Bir insanın digər bir insanı tənqid etməsi, keyfiyyətli ayna deməkdir, necə də gözəldir. Saçını düzəldirsən, əl-üzünü düzəldirsən. Tənqid edən birini tapa bilmək, qızıl dəyərindədir, çox böyük nemətdir. Lakin dürüst səmimi tənqid edəni. Can yaxmaq üçün, narahat etmək üçün deyil. Düzgün tənqid etməlidir.

(A9 TV; 10 dekabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)