Darvinist-materialist təhsildə Allah və bütün peyğəmbərlər inkar edilir. Cənnət, cəhənnəm, yaradılış inkar edilir. Haşa, Allahın gücü sıfır hesab edilir və bu elm kimi göstərilir. Hökumət buna vasitəçi olmasın, darvinist-materialist təhsili dərhal dayandırsın.
(A9 TV; 18 dekabr 2015)
Qəbir əzabı deyilən nəsə yoxdur. Öldükdə başqa bir aləmə daxil olarsan. Öldüyün anda, sənə mömin olduğun dərhal hiss etdirilər, dərhal anlayarsan. Yaşayacağın o hüzurdan, rahatlıqdan dərhal anlayarsan. Bir də Allah Öz bəndəsinə zülm etməz, belə şey yoxdur. Haşa, Allah belə ədalətsiz zülm anlayışına sahib deyil. Sonsuz ağıl və sonsuz mərhəmət sahibidir.
(A9 TV; 17 dekabr 2015)
Mən sizə mühüm bir sirr verim, bu sirri ömür boyu unutmayın: Allah səmimi, şüur sahibi mömini qətiyyən cəhənnəmə qoymaz və bu cür insan qətiyyən əzab çəkməz. Allah yolunda səmimi və qətiyyətli mübarizə aparsa, dünyada da ömrü boyu cəhənnəm kimi bir mühit belə olsa, Allah həmin insanı cənnət kimi yaşadar. Bu, Allahın gücünün heyrətamiz göstəricisidir.
(A9 TV; 17 dekabr 2015)
Türkiyə axırda dünyanın ən müasir ölkələrindən biri olacaq. Mövhumatçılıq qalmayacaq, dekolteli qadınlar da olacaq, çarşablı qadınlar da olacaq, şəhərlər Parisdən, Londondan daha gözəl olacaq; Diyarbəkir, Siirt və hər yer. Heyrətamiz əzmimiz var, gücümüz var, ağlımız var, imkanımız var. Bunların hamısını edəcəyik.
(A9 TV; 17 dekabr 2015)
Yüz minlərlə şəhid verdik, lazım gəlsə yenə yüz minlərlə şəhid verərik. Lakin Allaha, Qurana, vətənə, millətə, bayrağa söz söyləmələrinə icazə vermərik, inşaAllah.
(A9 TV; 15 dekabr 2015)
Bir çox yerdə çox sayda mövhumatçı olur. Bunlara üz verilməməlidir. Bunlar türk millətini yox olmağa apara biləcək gücün əsas nümayəndələridir, bundan xəbərləri belə yoxdur. Buraxılsa həm özlərini, həm də türk millətini həlak edəcəklər. Öz işi ilə məşğul olan mövhumatçı insanlardan bəhs etmirəm, sözüm fəal şəkildə mövhumatçı zehniyyəti müdafiə edənlərədir. İngilis dərin dövlətinin siyasəti, bunlara sərmayə qoymağa əsaslanır.
(A9 TV; 15 dekabr 2015)
Türkiyəyə, türklərə qurulan tələ, Türkiyənin çox müasir, çox keyfiyyətli, qadın hüquqlarına əhəmiyyət verən, incəsənətə, elmə dəyər verən quruluşu ilə pozula bilər. Bunun xaricində, bu tələ mükəmməl işləyir kimi görünür; Türkiyə mövhumatçılığın qaranlığına doğru çəkilir.
(A9 TV; 15 dekabr 2015)
Mövhumatçılıqda qadın düşmənçiliyi dövrəyə girir, qadın əleyhdarlığı meydana gəlir, incəsənət, elm və estetika yox olur. Ənənəvi Ortodoks mühafizəkar sistem hakim olur. Sonra isə, həmin dövlət və millət yox olur. Bu İngilis dərin dövlətinin gizli siyasətidir. Bu siyasəti incəsənət, elm, estetika, gözəllik və keyfiyyətlə avropalılar kimi olmaqdan da üstün şəkildə, çox keyfiyyətli şəkildə aradan qaldıra bilərik.
(A9 TV; 15 dekabr 2015)
Mövhumatçılıq, İngilis dərin dövlətinin siyasəti nəticəsində əldə edilir. Bir ölkəni yox etmək üçün, onu mövhumatçı ölkəyə çevirmək kifayətdir. Bundan sonra, o dövlət onsuz da öz-özünə dağılar.
(A9 TV; 15 dekabr 2015)
Radio, telefon, mobil telefon, video texnologiya, internet, hamısı mehdiyyət üçündür. Allah millət əylənsin deyə yaratmadı; İslam dünyaya asanlıqla hakim olsun deyə yaratdı.
(A9 TV; 14 dekabr 2015)





