Cənub-Şərqi Anadolu bölgəsində bacı-qardaşlarımız əziyyət çəkirlər, Allahın icazəsi ilə bol-bol savabını alırlar, inşaAllah. Bir qədər səbirli olsunlar. Dövlətimiz Cənub-Şərqi Anadolu bölgəsinə çox yaxşı yardım etsin. Xüsusilə də yemək və geyim yardımı. Böyük fabriklər; şirniyyat fabrikləri, şəkər fabrikləri, yağ fabrikləri Cənub-Şərqi Anadolu bölgəsinə müəyyən pay ayırsınlar, çox böyük savab olar.
Mövhumatçılıqda evlər keyfiyyətsiz olar, avtomobillər keyfiyyətsiz olar, küçələr keyfiyyətsiz olar. Hər yerdə ağlasığmaz geriləmə olar. Geyimin keyfiyyəti azalar, rəsm əsərlərinin keyfiyyəti azalar, yeməklərin keyfiyyəti azalar, hər şey korlanar. Mövhumatçılıq korlanmanı, keyfiyyətsizliyi müdafiə edir. Bu böyük təhlükədir. Buna qarşı çox diqqətli olmaq lazımdır.
Mövhumatçılığın nə ölçüsü, nə də həddi vardır, qar uçqunu kimidir; kiçik başlayar, böyüyər, inkişaf edər və insanları udub əzər. Misirdə belə oldu, Suriyada belə oldu, Liviyada da belə oldu. Təkcə insan öldürməyi istəyən insanlar meydana gələr. Ölməyi və öldürməyi istəyən insanlar meydana gələr. Bu cəhəti ilə çox təhlükəlidir.
Biz səmimi davranmaqla mükəlləfik. Allah səmimi olanlara cəhənnəm içində cənnət yaradar. Müsəlmanlara heç gözləmədikləri yerdən ruzi bəxş edər. Bunların hamısı gizli bir Quran möcüzəsidir. İman əhli bunu anlayar, Allahın gizli işarələrini görər, lakin qəflət əhli bunları görməz.
Allah Öz yolunda olanlara bərəkət verər, bolluq verər, eləcə də, gördüyünüz kimi, pis niyyətli olanlara da bəla və dərd verir. Allah xeyir yolunda olanların önünü açar. Bu bir möcüzədir. Allah Öz yolunda irəliləmək istəyənlərə yolları xeyli asanlaşdırar.
Quran oxunduqda insan tam olaraq ağıllı olur. Ağıl kitabıdır Quran. Beyində ağılın yaranmasına səbəb olan nurdur. Normalda beyində ağıl yaranmır. Təkcə zəka yaranır. Quranla beyin əlaqəyə keçdikdə ağıl yaranır. Ağılın bundan başqa yolla yaranması qeyri-mümkündür. Təkcə zəka artar.
Peyğəmbər (s.ə.v)-in vicdanı olduqca rahatdır. Olduqca hüzurludur. Qətiyyən din meydana gətirən bir insan kimi narahat deyil. Çox məsum, çox alicənab və çox sakitdir. Səbirlə vəhy gəlməsini gözləyir. Vəhy gəldikdə isə, onu oradakı hafizlər hifz edirlər. Özü də hifz edir. Onun xaricində heç bir müdaxiləsi olmur.
Peyğəmbər (s.ə.v) heyrətamiz dərəcədə dürüst və alicənabdır. Bütün ömrü boyu belə olmuşdur. Bu peyğəmbərliyinin əsas dəlillərindən biridir. Hər şey ağıllı, hər şey yerindədir. İnsanın səbir edə bilməyəcəyi hadisələr qarşısında heyrətamiz dərəcədə səbir göstərir. Heyrətamiz bağışlama gücü var. Heyrətamiz nəzakət və alicənablığı var.
İncəsənət xadimləri cahillərin, xurafatçıların əlinə buraxılmamalıdırlar. Çünki xurafatçı hər şeyi korlamaq istəyər, hər şeyi pozmaq istəyər. O, şeytanın köməkçisi olmuşdur, gözəl olan hər şeyi yox edər.
1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır.(ardı...)