Eqoistliyə, təkəbbürə qarşı ən yaxşı rəftar Allaha qarşı itaətkar olmaq, təvəkküllü olmaq, səbirli olmaq, təvazökar olmaq, təkəbbürlənməməkdir. Bunun ən qısa, qəti dərmanı olaraq, Allah Quranda: “Özünüzü tənqid edin” deyir. İnsan özünü hər kəsin içində də, tək olarkən də tənqid etməlidir.
(A9 TV; 8 dekabr 2015)
Bir insan çox eqoistdirsə, özündən çox razıdırsa, təkəbbürlüdürsə, onu eqoistlik bürüyür. Tamamilə eqoistlik bürüyür. Bədəni xəstələnir. Yəni ruh xəstəsi kimi olur. Fironda, Nəmrudda olan budur. Ağlını itirir. Təbiidir ki, belə olduqda bədəninə şeytan yerləşir. Artıq normal hərəkətlər edə bilmir. Ağılla hərəkət edə bilmir.
(A9 TV; 8 dekabr 2015)
Dürüst, sevgi dolu, mehriban bir baxış mömin üçün qidadır. Cənnətdə də bu gözəlliyə diqqət çəkilmişdir. Gözlərini yalnız ərlərinə dikmiş, ehtirasla ərlərinə baxan qadınlardan bəhs edilir. Allah, Quranda ilkin prioritet olaraq baxışlarına diqqət çəkmişdir.
(A9 TV; 8 dekabr 2015)
İslam sevgi, mərhəmət, sülh, keyfiyyət, gözəllik, demokratiya, dərin düşünmə, elm və incəsənətdir. Hər cür gözəllikdir. Lakin mövhumatçılıqda belə anlayış yoxdur. Mövhumatçılıqda yalnız mərhəmətsizlik vardır. Dünyanı həm özü üçün cəhənnəmə çevirər, həm də insanlar üçün cəhənnəmə çevirməyə çalışar.
(A9 TV; 8 dekabr 2015)
Ənənəvi Ortodoks sistem fəlakət sistemidir. Eləcə də, bütün dünyada müsəlmanlara nifrət edilməsinə səbəb oldu. Bu nifrət getdikcə artır və Avropada da, ənənəvi Ortodoks müsəlmanları ucbatından radikal sağ həddən artıq güclənir. Həm özünə zərər verir, həm də İslama və bütün məzlumlara.
(A9 TV; 8 dekabr 2015)
Dövlət, gəncləri özbaşına buraxmamalıdır. PKK, gəncləri özbaşına buraxmır. Öyrədir və şüurlandırır. Marksist şüurla, kommunist düşüncə ilə, terrorist, Stalinist məntiqlə öyrədir. Dövlətin verdiyi təhsildə əks cavab verilmir. Belə olduqda insanlar da tək tərəfli inkişaf edir.
(A9 TV; 8 dekabr 2015)
Terrora qarşı çox əsaslı mədəni mübarizə, əsaslı gənclik şüurlandırması lazımdır. Ümumiyyətlə, gənclərə milli şüur dərsi keçirilməlidir, həftədə ən az üç dəfə. Kommunizm nədir, marksizm nədir, necə mübarizə aparılar, terrorizm nədir? Darvinizmin və materializmin yanlış istiqamətləri hansılardır? Bunlardan bəhs edilməlidir.
(A9 TV; 8 dekabr 2015)
Münafiq öz aləmində, Quranla Peyğəmbər (s.ə.v)-i aldatmağa çalışır. “Allah ayədə ailənizi qoruyun demirmi?” deyir, “ticarət halal yol kimi göstərilir, mən də bunu edirəm” deyir. Elədir, lakin hər şeydə Allahın rizasının ən çoxunu axtarmalısan, dürüst və səmimi olmalısan. Orada müsəlman qadınlar, məzlum müsəlmanlar şəhid edilirlər, sən isə ticarətdən bəhs edirsən. Alçaqlıq etmə, ağlını başına yığ, dəliliyi burax. Orada insan öldürülür, müsəlmanlar şəhid edilir, sənin ticarətin daha mı əhəmiyyətlidir, bu qədər mi ağılsızsan?
(A9 TV; 8 dekabr 2015)
Terrora qarşı ağlasığmaz cəsarət, ağlasığmaz hücum və düşmənin heç gözləmədiyi cavab verilməlidir. Çılğın olduğunu hiss etdirməlisən. Sakit formada mübarizə aparsan, onlar da sakit formada hər gün əsgərləri və polisləri şəhid etməyə davam edər. Üzərilərinə gələn kimi də yalvarmağa başlayırlar.
(A9 TV; 8 dekabr 2015)
Münafiqlər heyvan kimi vəhşi olurlar. Məsələn, əsəbiləşmələri, nəzarətlərini itirmələri, ağılsızlıqları, dəlisov olub, heyvandan da betər. Çox vəhşicəsinə olur. Allah onları heyvanlardan da alçaq olaraq qəbul edir. “Heyvanlardan da aşağıdırlar” deyir.
(A9 TV; 8 dekabr 2015)





