Digər ölkələr İordaniyaya kömək etsin. İordaniyada qaçqınların sayı 1,5 milyona yaxınlaşdı. Pul vermək lazımdır, imkan vermək lazımdır, yemək, geyim. Varlı ərəb dövlətləri pulu həmişə silaha xərcləyirlər. Silaha vermə, məhz bu məzlumlara ver, rahat yaşasınlar.
(A9 TV; 9 dekabr 2015)
Mənim mehdiyyət barədə danışmağımdan bu qədər çəkinmələrinin səbəbi, xurafatsız danışmağımdır. Doğru olduğuna qəti olaraq qane olmağımdır. Yoxsa mən xurafat formasında danışsam əgər onlar valeh olarlar. Heç bir problem çıxmaz, mənə qəzəblənən də olmaz. Heç kim heç nə deməz.
(A9 TV; 9 dekabr 2015)
Sevgi həyatın birinci şərtidir. Su kimi, hava kimi. Hava ala bilmədiyin vaxt ölərsən, sevgi olmadıqda ölərsən, dünya ölər, kainat ölər. Sevgisiz yaşanmaz. Sevgidə sövdələşmə olmaz. Təmənnasızlıq vardır, fədakarlıq vardır, kiçik şeylərə görə özünü alçaltmamalısan.
(A9 TV; 8 dekabr 2015)
Sevgi, mərhəməti və şəfqəti gətirər, heç kəsi öldürə bilməzsən, asıb kəsə bilməzsən. Ağılla, elmlə həll edərsən. Sevgiylə, razılığa gətirməklə həll edərsən.
(A9 TV; 8 dekabr 2015)
Bütün dünya üçün ən mühüm ictimai və siyasi təməl, sevgidir. Şəfa mənbəyi sevgidir. Bu olmadıqda bütün sistem korlanır. Siyasət də batır, ticarət də batır, hüquq da və xaos mühiti yaranır. Hər yerdə çox qəddar bir ruh hakim olur.
(A9 TV; 8 dekabr 2015)
Sevgini lüks hesab edirlər, olsa yaxşı olar formasında. Budur olmur, sevgi olmadıqda müharibələr baş verir. Terror, anarxiya, dəhşət baş verir. Heç kəs təhlükəsiz mühitdə olmur.
(A9 TV; 8 dekabr 2015)
Türkiyə mövhumatçılığa qətiyyən dəstək verməməlidir. Türkiyə müasir insanların olduğu Norveç, Hollandiya, Danimarka kimi bir ölkə olmalıdır. Bütün şəhərlər Paris, London kimi olmalıdır. Musiqi, rəsm, heykəl, bütün gözəlliklər olsun. Bütün şəhərlərin hər yeri incəsənət qalereyası kimi olsun. Dekolteli qadınlar da olmalıdır, hicablı qadınlar da. Böyük fikir azadlığı və gözəllik mühiti olmalıdır.
(A9 TV; 8 dekabr 2015)
Eqoist insanlar yoxlasınlar, baxsınlar görəcəklər. Tam da dəli olmadıqları halda, ağıllı iş tutan, sözləri və hərəkətləri bir-birini tutan insanlara çevrilərlər. Hamı da görər bunu. Əsas şərt özünü tənqid etməsidir.
(A9 TV; 8 dekabr 2015)
Eqoist insan haqlı tənqidə səbir edə bilməz. Gömgöy olar, qızarar, mədəsi tutar, təzyiqi yüksələr, havalanar sanki. Çünki qüruruna sığışdıra bilmədiyi üçün, özünü eqoistlik bürüdüyü üçün, bədənində allergiya meydana gətirər. Lakin özü özünü tənqid etdikdə, eqoistliyi tamamilə yox olar. Artıq eqoistliyi bədəninə hücum etmir. Bədən dincəlib sakitləşir. Ağlı başına gəlir. Bundan sonra ağıllı, məntiqli danışmağa başlayır.
(A9 TV; 8 dekabr 2015)
Allah: “İnsan özünü müstağni gördüyündə azar” deyir. Özünü müstağni görməsi nə deməkdir? Özünü mükəmməl hesab edir. Məsələn, tənqid etsən dərhal cavab qaytarar. Xəstəliyə tutulmuşdur.
(A9 TV; 8 dekabr 2015)





