Mehdiyyətə kömək göstərilər. Mehdiyyət iddiasıyla ortaya çıxılmaz. Tarixə diqqətlə baxın, hamısı məğlubiyyətlə nəticələnmişdir. Lakin mehdiyyətə kömək iddiasıyla ortaya çıxan hər kəsin, Allah yollarını açmış və hamısı bəxtiyar olmuşdur.

(A9 TV; 19 dekabr 2015)

Bütün süni mehdilik hərəkatları yox olar. Çünki bu, mehdiyyətlə lağ etmək deməkdir. Allah başına keçirər. Hər süni Mehdi namizədi məğlubiyyətlə nəticə qazanar.

(A9 TV; 19 dekabr 2015)

Əyləncə, İslam, Quran, yemək-içmək, hər şey; həyat tək halda bütövdür. İslamdan ayrı həyat yoxdur. Yəni; “bir hissəsi İslami, bir hissəsi də qeyri-islami” olmaz. Hər nəfəsində İslam var; əylənərkən, gülərkən, yatarkən, uzanarkən, qalxarkən; ağlına gələn hər yerdə İslam var. İslamın olmadığı bir yer qəflət deməkdir, pərişanlıq deməkdir.

(A9 TV; 19 dekabr 2015)

Biz olduqca müasir ölkə olsaq, çox ziyalı ölkə olsaq, qadın haqlarında ən qabaqcıl səviyyəyə gəlsək, elmdə, incəsənətdə, estetikada, keyfiyyətdə önə çıxanlardan biri olsaq dünyanın ən güclü ölkəsi olarıq. Lakin başqa cür olsa; Yaxın Şərq səviyyəsində qalan bir ölkə olacağıq, gələn vurar, gedən vurar, məhv olarıq Allah qorusun.

(A9 TV; 18 dekabr 2015)

İman zəifliyi olduqda insan duyğusuz olar. İslamı yaymaq həyəcanı olmaz. Allahdan qorxma gücü olmaz. Öz mənfəətinin, öz problemlərinin ardınca qaçar. Bu böyük fəlakətdir.

(A9 TV; 18 dekabr 2015)

İnsanların imanı zəif olduqda, onları, Mərakeşdə, Tunisdə, Əlcəzairdə, Liviyada müsəlmanların öldürülməsi, əzilməsi, darvinist təhsil verilməsi maraqlandırmır. Təkcə instinktlərlə hərəkət edirlər. Harada toy var, ona baxırlar. Harada əyləncə var, harada kef çəkə bilərlər, yəni macəra ardınca qaçırlar. İman zəifliyinin ən böyük fəlakəti bu laqeydlikdir.

(A9 TV; 18 dekabr 2015)

İngilislər Osmanlı imperiyasını dağıtmaq üçün, darvinizmi ortaya çıxardılar və ağlasığmaz zərbə vurdular. Bütün dünyanı fəlakətə sürüklədilər, parça-parça etdilər, məhv oldu dünya. Həm I, həm də II Dünya müharibəsi baş verdi. İki müharibənin də təməlində darvinizm var. Çünki həm marksist, həm də faşist düşüncələr darvinizm mənşəli fəlsəfələrdir.

(A9 TV; 18 dekabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)