Qadını keyfiyyətli olmayan bir ölkə, qətiyyən keyfiyyətli və müvəffəqiyyətli ola bilməz. Qətiyyən keyfiyyət əldə edə bilməz. Qətiyyən müasir ola bilməz, Avropalaşmış ola bilməz. Qadını ziyalı, azad, şən və baxımlı deyilsə, sevinmək, gülmək, idman etmək, yemək və içmək məsələlərində azad deyilsə, həmin ölkə heç vaxt aydınlıq ölkə deyil. Çox qararmışdır və hər qaralan ölkə mütləq dağılar, Allah qorusun.

(A9 TV; 21 dekabr 2015)

Təsadüf dünyadakı ən məntiqsiz izahdır. Təsadüf; narı, portağalı, limonu, zeytunu, naringini necə yarada bilər? Eynşteynləri, Nyutonları təsadüf necə yarada bilər? Şirləri, pələngləri, zürafələri və arıları necə yarada bilər? Bunların hər biri bir-birindən mükəmməl varlıqlardır.

(A9 TV; 21 dekabr 2015)

Terror təşkilatıyla mübarizədə ən mühüm məsələ, əhval-ruhiyyəsini sıfıra yaxınlaşdırmaqdır. Alçaltmaq bir yoldur, lakin ideologiyasının yanlışlığını sübut etmək ən təsirli yoldur. Ən təsir edən şey, ideologiyasının, fəlsəfəsinin yanlışlığından danışmaqdır. Bütün gücünü yox edərsən, əhval-ruhiyyəsi sıfıra yaxınlaşar, yəni əzələ gücü, baş gücü sıfıra yaxınlaşar, heç bir şey edə bilməyəcək hala gələr.

(A9 TV; 21 dekabr 2015)

İsrail düşmənçiliyi sanki bir mərifətmiş, bir təqva əlaməti və ya üstünlükmüş kimi göstərilir. Əhli Kitaba düşmənçilik bəsləmək çirkin hərəkətdir. Biz yəhudiləri və xristianları sevirik. Ateistlərə də şəfqət duyuruq.

(A9 TV; 21 dekabr 2015)

Mehdiyyət iddia deyil, isbatdır. İslam dünyaya hakim olar. Bir şəxs İslam aləminin başına keçər, biz o zaman onun “Allahualəm Mehdi (ə.s)” olduğunu düşünərik, bu qədər. Qəti şəkildə iddia da etmərik. “Allahualəm, yəqin ki, elədir” deyəcəyik.

(A9 TV; 20 dekabr 2015)

Din dedikdə, ayələri əzbərləmək, Quranı su kimi əzbər bilmək, onu təcvidlə oxumağı başa düşürlər. Halbuki, Quranın hikməti və mahiyyəti əhəmiyyətlidir. Yəni oradakı mənanı həyata keçirmək vacibdir. Yoxsa onu təcvidlə oxumaq deyil. Bunu ərəblər çox yaxşı şəkildə edirlər. Lakin Quranı tətbiq etməyənlərin bir hissəsi də, yenə ərəblərin arasından çıxır.

(A9 TV; 20 dekabr 2015)

Peyğəmbərimiz (s.ə.v) insanları özünə dəvət etmədi. Qurana dəvət etdi. Heç bir peyğəmbər özünə dəvət etmədi. Həmişə Allahın Kitabına dəvət etdilər. Məsələn, hz. Musa (ə.s) Tövrata dəvət etdi. Hz. İsa (ə.s) İncilə dəvət etdi. Mehdi (ə.s) da insanları Qurana dəvət edəcək.

(A9 TV; 20 dekabr 2015)

Hikmət Allahın bəyəndiyi gözəllikdir. İnsanların bir hissəsi çox, lakin hikmətsiz danışar. Hikmətin çox biliklə, boşboğazlıqla əlaqəsi yoxdur. İnsan yeriyən kitabxana kimidir, lakin o dərinliyi, o hikməti görə bilmir. Məlumatın yalnız çoxbilmişlik, modabazlıq tərəfini qəbul edir. Halbuki informasiyadan hikmət üçün işlətmək lazımdır.

(A9 TV; 20 dekabr 2015)

Qiyamətin və ölümün müsəlmanları narahat edəcək heç bir tərəfi yoxdur. Əgər müsəlman özünə zülm ediləcəyinə, yaxud əzab çəkəcəyinə inanırsa, bu Allahın xoşuna gəlməz. Çünki Allah: “Mənə güvən. Sən yaxşı əməl sahibisənsə, sənə zərər gəlməz” deyir. Mömin həmişə Allaha hüsnü-zənn etməlidir.

(A9 TV; 20 dekabr 2015)

Bütün məsələ Allaha səmimi-qəlbdən təslim olmaqdır, Allahı sevməkdir. Bu cür olsan, yavaş-yavaş yoluna doğru irəliləyərsən. Sürətli getməyə çalışarsan, lakin Allah sənin sürətlənmənə icazə verməz. Mehdiyyət yavaş irəliləyən sistemdir. Mehdi tələbələri də yavaş təkmilləşərlər. İstədikləri qədər can atsınlar, nə edirlərsə etsinlər, Allah o müddəti tamamlayar.

(A9 TV; 19 dekabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)