Allahın ən çox bəyəndiyi şey sevgi olduğu üçün, mən də həmişə sevgidən bəhs etməkdən zövq alıram. Mənim bəhs etdiyim şeylər insanların həmişə ağlından keçən, həmişə istədikləri şeylərdir. Mənim fərqim, onların bəhs etməkdən çəkindikləri şeyləri səsli olaraq dilə gətirməyimdir.
(A9 TV; 16 yanvar 2018)
Əziyyət olmadan insanın sevgini öyrənməsi də, seviləcək insan halına gəlməsi də qeyri-mümkündür. Səbir etməmiş, şəfqət göstərməmiş, səxavətli olmayan, vəfa göstərməmiş insan heç bir dəyər qazanmamış deməkdir. Dərinlik qazanmaq üçün əziyyət lazımdır. Binalar, evlər, həyatın hər təfərrüatı eşqə xidmət edirsə, eşqi öyrənməyimizə vəsilə olursa mənası vardır. Çox gözəl paltar düşün, lakin içində daş maneken var. Ölü olsa üstünə yetmiş qat gözəl paltar geyindirsən də qaçarsan. İçindəki ruhu sevirsən, paltarı deyil. Buna görə də, ruhun əziyyətlə yetişdirilməsi əhəmiyyətlidir.
(A9 TV; 16 yanvar 2018)
Şeytanın zəkalı olması müsəlmanların əzminin güclü olmasına və bərəkətinə vəsilə olar. Qarşı tərəfdə şeytanın zəkası olmasa müsəlmanın üfüqü, ağlı, əzmi, tədbir alma gücü zəif qalar. O zaman da imtahanın keyfiyyəti düşər. Şeytan və münafiqlərin hər həmləsi müsəlmanların canlanması, möhkəm birləşməsi, tədbir gücünün artması üçün çox mühümdür.
(A9 TV; 16 yanvar 2018)
İngiltərə dərin dövlətinin tərəfdaş alçaqları Tayyib hocama xaincəsinə sui-qəsdlər hazırlayırlar. Millət olaraq Tayyib hocamın yanındayıq. MHP və BBP-ni də təbrik edirik, millətin yanında olduqları və Tayyib hocama sahib çıxdıqları üçün.
(A9 TV; 16 yanvar 2018)
Bəziləri bizi öz qorxunc dünyalarına çəkmək istəyirlər. İnsanları dəhşət verici dünyalarına çağırmasınlar. Onların dünyasında bərəkət yoxdur, nəzakət yoxdur, mədəniyyət yoxdur, elm yoxdur, incəsənət yoxdur, gözəllik yoxdur. Türkiyə belə dəhşət verici dünyaya daxil olmayacaq. Sizin sevgisizliyiniz sizin incəsənət əleyhinə olmağınız, sizin gözəllik əleyhinə olmağınız Türkiyədə heç vaxt hakim olmayacaq.
(A9 TV; 15 yanvar 2018)
İnsanların əksəriyyətinin sevgi dediyi şey, sevgi deyil. Həqiqi sevgi dərin və ehtişamlı duyğudur. Allahın bizdən istədiyi yüksək sevgidir. Dünyanın yaradılma məqsədi, ibadətlərin məqsədi həmişə yüksək sevgidir.
(A9 TV; 15 yanvar 2018)
Küfr əhlinə yaltaqlıq edib, İngiltərə dərin dövlətindən bir kəlmə belə bəhs etməyən, hərdənbir ənənəçi anlayışını zəif şəkildə müdafiə edənlər, alçaqca və namərdcəsinə müsəlmanların nöqsanını axtarırlar. Bu, çox böyük acizlik və şəxsiyyətsizlikdir.
(A9 TV; 15 yanvar 2018)
Allah ilə səmimi əlaqə vardırsa, imanın ləzzəti və axirətin sevinci ilə insan xoşbəxt olar. Bundan savayı gəmi ilə gəzmək, avtomobillə gəzmək, kotlet yeməklə insan xoşbəxt olmaz. İstədiyi qədər özünü zorlasın, heç yerdə heç bir şəkildə əylənə bilməz. Haradan gəldiyini bilməyən, hara gedəcəyini düşünməyən insanın əylənməyə çalışması nəticə verməz. Belə insan əylənə bilməz, sadəcə əylənirmiş təqlidi edər.
(A9 TV; 15 yanvar 2018)
Dejavu taledən kiçik, qısa xatırlatmalardır.
(A9 TV; 15 yanvar 2018)
İnsanı hər kəsin pisləməsi bir məna ifadə etməz. İnsanların çoxu sevgisiz olduğu üçün kütləvi pisləmələrə fikir verməmək lazımdır. Bəsit insanlar bəsit insanların təsiri altında qalar. Keyfiyyətli insanlar isə azad iradələri ilə, özləri müşahidə edərək, görərək qərar verərlər.
(A9 TV; 15 yanvar 2018)





