Musiqi, əyləncə, dekolte, incəsənət əleyhinə olanlar xüsusən sahil bölgələrində yaşayanların AKP-dən uzaqlaşmasına səbəb olur. Tayyib hocam müasirdir, baş nazirimiz müasir və ziyalıdır. AKP insanların həyat tərzlərinə hörmət göstərir, lakin bəzi kütlələrin üslubları AKP əleyhinə olur. Bunu insanları AKP-dən uzaqlaşdırmaq üçün xüsusi olaraq edə bilərlər. Musiqi, rəqs, qadın azadlığı, fikir azadlığı, sevinc, incəsənət, elm Quran əxlaqına görə halaldır. Allah insanların azad yaşamasını istəyər.

(A9 TV; 18 yanvar 2018)

İncəsənəti, sevinci, musiqini, əyləncəni aradan qaldırmaq, şortlu, mini yubkalı qızlara hücum etmək, Türkiyədə azadlıq olmadığını göstərməyə çalışmaq, İngiltərə dərin dövlətinin hökumət əleyhinə olan oyunudur.

(A9 TV; 17 yanvar 2018)

Bəziləri cansıxıcı həyat istəyir. Gənclərin şən olmasını, həyat dolu olmasını istəmir. Sevincdən xoşlanmır. Həyatı qaraltmaq, ölü, dözülməz hala gətirmək istəyirlər. Bunlar incəsənətə, qadın azadlığına, azadlığa, mehribanlığa, dostluğa, yoldaşlığa, hər şeyə qarşıdırlar. Hər kəs özləri kimi olsun istəyirlər. Güləni acıladığı, əylənəni bədbəxt etdiyi bir həyatın tərəfdarıdırlar. Özləri bədbəxt olduqları üçün insanları da özləri kimi etmək istəyirlər. Tək kəlmə sevgidən, dostluqdan, sevincdən, incəsənətdən bəhs etmirlər. Dostluğu, yoldaşlığı bilmədikləri üçün hər kəsə qarşı olurlar. Belə insanlar AKP-ni də avtoritar, qadağanedici, azadlıq əleyhinə olan bir partiya kimi göstərmək istəyir, AKP və Tayyib hocama da tələ qururlar. Tayyib hocam azadlıq istəyən, gənclərin sevincindən yana olan, müasir dindardır. Lakin bu insanlar AKP-ni gözəlliyə, sevincə, incəsənətə, elmə qarşı kimi göstərirlər və buna görə də, sahil bölgələrində AKP-nin səs itirməsinə səbəb olurlar.

(A9 TV; 17 yanvar 2018)

İnsanların çoxu şirk qoşduqlarından xəbərsiz olur. Məsələn, məktəbə gedəcək, hazırlanır, məktəbə onu aparacaq olan Allahdır, avtomobil vəsilədir. Avtomobil gecikəndə əsəbiləşir. Avtomobili gətirməyənin Allah olduğunu unudur. Hər şeyi edən Allahdır. Bunu unudan insan şirkə düşmüş olar.

(A9 TV; 17 yanvar 2018)

Sən də beyninin içindəsən, kainat da beyninin içindədir. Biri var görür, səni gördüm deyir, biri var portağalın dadını alır və bilir, biri var gülü iyləyir qoxusunu bilir. Bunların hamısı beynin içində mərcimək qədər yerdə olur. Bu mərcimək qədər yer haradadır deyə baxdığımız zaman ruhun içində olduğunu görürük. İnsan özünün içində, kainat insanın içindədir. Sadəcə bu mövzu Allahın mövcud olmasını başa düşmək üçün kifayətdir.

(A9 TV; 17 yanvar 2018)

Hörmətli Bahçeli çox mübarək insandır, həqiqi dava insanıdır. İnsan bu cür liderin ayağının dibindən ayrılmaz. Allah belə lider verdiyi üçün həmişə şükür etmək lazımdır. Bugünkü çıxışı da çox gözəldir, tarixi çıxış olub.

(A9 TV; 16 yanvar 2018)

Xüsusən Yaxın Şərq ölkələrində və dünyanın bir çox yerində qadına çox yanlış və qəribə baxış prizması vardır. “Qadını müəyyən yolla tələyə salarsan, evə apararsan, namusunu ləkələyərsən, ondan sonra da qəzəblənər evinə göndərərsən” anlayışı geniş yayılıb. Sonra yenə ürəyin istəsə, yenə çağırarsan gəlməzsə ölümlə təhdid edərsən, döyməklə təhdid edərsən, kimi yanlış məntiqləri var. Bu, çox böyük vicdansızlıq və zülmdür. Qadın Allahın yaratdığı ən gözəl, ən müqəddəs varlıqdır. Həmçinin qadın, ağlı, ehtirası, imanı ilə gözəldir. Qadını qorxudursan, alçaldırsan, mərhəmətsizcə yaxınlaşırsan, bundan sonra da qadından şikayət edirsən. Qadınların əvvəlcə axirətini qorumaq lazımdır. Qadını 20-30 il müddətinə deyil, əbədi sevməlisən. Əbədiyyən sevəcəyinə görə əvvəlcə imanına diqqət yetirməyin, cənnətə getməsinə səy göstərməyin lazımdır. Şərəfli, namuslu yaşamasını təmin etməlisən. Qadının şərəfini, namusunu əlindən alsan, hörmət etməsən heç bir mənası qalmaz. Qadının hörmət edilməsi lazım olan mübarək varlıq olduğunu bilməli və buna görə hərəkət etməlisən. O zaman qadının gözəlliyini Allah sənə açar.

(A9 TV; 16 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)