İslam aləminin bu vəziyyətə gəlməsinin tək səbəbi münafiqlikdir. Dərin dövlətlər münafiqdən istifadə edər. Münafiqlər, dərin dövlətlərin ordusudur.
(A9 TV; 24 yanvar 2016)
Münafiqlər: “Müsəlmanlar bir gün dağıla bilər, əzilə bilər, lakin küfr əhli dağılmaz, devrilməz quruluşdur” deyə düşünürlər. Tarix boyu həmişə küfr əhlini güclü hesab etmiş və həmişə də məğlub olmuşdurlar.
(A9 TV; 24 yanvar 2016)
Küfr əhlinə güvənib müsəlmana güvənməmək kimi münafiq xarakterli bir dünyagörüşünə sahib olunduqda Allah mütləq intiqam alır.
(A9 TV; 24 yanvar 2016)
Münafiq, iman gətirənləri də azdırmaq üçün çalışar, öz yoluna çəkmək istəyər. Öz qəlbində xəstəlik olduğundan, möminlərin də qəlbində xəstəlik olmasını istəyər, onları da öz məntiqinə çəkmək istəyər.
(A9 TV; 24 yanvar 2016)
Tarix boyu, İslamı qəbul edən zəif insanların arasında küfr əhli həmişə arzu kimi qalmışdır. Məsələn, hz. İbrahim (ə.s)-ın yanındakılardan bəzilərinin ağlı həmişə küfr əhlində qalmışdır. Hz. Lut (ə.s)-ın həyat yoldaşının ağlı küfr əhlində qalmışdır; Sodom və Qomorradakı o mədəniyyət, o evlər, binalar, o zənginlik, o yeməklər, paltarlar ağlı orada qalmışdır. Lakin Allah bir səhər vaxtı hamısını yox etdi. Təkcə oradakı bir dəstə mömini xilas etdi.
(A9 TV; 24 yanvar 2016)
Hz. Musa (ə.s) dövründəki münafiqlər izzəti və qüruru Fironun yanında axtardılar, onun mədəniyyətində axtardılar. O Misir yazıları, Misir heykəlləri onların hər biri onlar üçün bir marka idi. Evlərinin divarlarında Misir yazılarının olması, Misir paltarları geymək, Misir dilində danışmaq çox əhəmiyyət verdikləri bir şey idi.
(A9 TV; 24 yanvar 2016)
“İmanımı da yaşayaram, küfr əhliylə də birlikdə olaram” deyir. Belə olduqda münafiqlik başlayır. Sən Peyğəmbərlə, müsəlmanlarla birlikdə olsan Allah bəyənər. Müsəlmanları tərk edərək öz aləmində çoxbilmişlik edirsən, lakin zənn etdiyin kimi olmaz.
(A9 TV; 24 yanvar 2016)
Münafiqi müşahidə etmək çox əhəmiyyətlidir. Həmişə yeni alçaq hərəkətlər edəcəyi, sakit dayanmayacağı üçün, müsəlmanlar həmişə ayıq-sayıq olmalıdırlar.
(A9 TV; 21 yanvar 2016)
Münafiq şeytanın insan formasıdır. Həmişə şərəfsizlik edər. Bir murdarlıqdan çıxar, başqa murdarlığa daxil olar. Nəfsi həmişə şeytani əmrlər verdiyi üçün sakitləşə bilməz.
(A9 TV; 21 yanvar 2016)
Münafiq həmişə müsəlmanların əleyhinə çalışar. 24 saat nə şeytanlıq edəcəyini, nə pislik edəcəyini düşünər. Lakin imkan yaranmadığı üçün, bir yol tapa bilməz.
(A9 TV; 21 yanvar 2016)





