Musiqi də, rəqs də olmalıdır. Əyləncə olmalıdır. Dinə süni şəkildə haramlar daxil etməyin, əlavə qadağalar çıxartmayın. Bu zaman İslam bütün dünyaya hakim olacaq.
(A9 TV; 21 yanvar 2016)
Pərişan, incəsənət olmadan, zövqsüz həyat olmalıdır deyən insanlar İslam aləmini məhv edirlər. Türkiyəni bu cür məhv etmələrinə icazə vermərik. Musiqi niyə olmasın? Rəqs niyə olmasın? Ağlınızı başınıza toplayın. Dinə, imana uyğun gəlməyən tərəfi nədir, hansı ayə ilə ziddiyyət təşkil edir? Kimə nə zərəri var, haradan çıxarırsınız bunu.
(A9 TV; 21 yanvar 2016)
Darvinizm, İngiltərə dərin dövlətinin himayəsi altında olan dünya səviyyəsindəki bir dəccal hərəkatıdır.
(A9 TV; 21 yanvar 2016)
İnsanın ruhunda iki qüvvə mübarizə aparar; vicdanı və məntiqi. Mömin həmişə vicdanının tərəfində olmalıdır. Vicdanın səsinə qulaq asdıqda Allah həmişə zənginlik, bərəkət və gözəllik verir, həmişə müvəffəqiyyət verir. İslam xeyli inkişaf edir. Məntiq insanı həlak edər.
(A9 TV; 21 yanvar 2016)
Sən daha əvvəl məntiqinlə hərəkət edirdin, müsəlman olduqdan sonra artıq vicdanınla hərəkət etməlisən. Allah hər an vicdanına vəhy edəcək və sən də vicdanına tabe olmalısan. Məntiq bitməli və küfr əhlinin heç nəyinə heyran olmamalısan.
(A9 TV; 21 yanvar 2016)
Bir insanın İslama görə yaşaması, onun, tamamilə vicdanına uyğun yaşamağa başlaması deməkdir. Küfr əhlinin məntiqini tamamilə tərk etməsi deməkdir.
(A9 TV; 21 yanvar 2016)
Münafiq həmişə pislik axtarar. Necə ki, şeytan pislik etməkdən bezmirsə, münafiq də İblis ruhu daşıdığı üçün, həmişə yeni macəralara üz tutar.
(A9 TV; 21 yanvar 2016)
İngiltərə dərin dövləti, Türkiyənin dəyişdiyindən, müasir bir ölkə olduğundan xəbərsizdir; gücündən də xəbərsizdir, qətiyyətliliyindən də xəbərsizdir.
(A9 TV; 21 yanvar 2016)
Münaqişə gedən ərazilərdə mülki vətəndaşların həyatını itirməsinə səbəb olan PKK-dır. İngiltərə dərin dövləti onları istifadə edir, həmişə cinayət törədirlər.
(A9 TV; 20 yanvar 2016)
Mehdi dövründə qadınlar maksimum dərəcədə azad olacaq və heç bir yerdə narahat edilməyəcəklər.
(A9 TV; 20 yanvar 2016)





