PYD, PKK-nın ad dəyişdirmiş formasıdır. Stalinist, kommunist, Türkiyənin parçalanmasını istəyən, alçaq, namərd təşkilatdır, birbaşa Öcalana və Kandilə bağlıdır.

(A9 TV; 26 yanvar 2016)

Münafiq ilk fürsətdə köhnə inancına, köhnə həyatına geri qayıtmaq istəyər, ağlı həmişə küfr əhlinin yanında olar. O düşüncə beynindən heç çıxmaz. Müsəlman olduqdan sonra, məsələn, əvvəlki hiyləgərliyi, əvvəlki əxlaqsızlığı, əvvəlki macərapərəstliyi, əvvəlki şərəfsizliyi, əvvəlki namussuzluğu nədirsə ona qayıtmaq istəyər. O küfr həyatını unuda bilmir, dönüb dolanıb yenə eyni nöqtəyə gəlir.

(A9 TV; 25 yanvar 2016)

Münafiq, Quran ayələrindəki xəbərdarlıqları heç vaxt özünə aid etməz, həmişə özünə hüsnü-zənn edər. Bütün səmimiyyətsizliyinə, əxlaqsızlığına baxmayaraq, axirətdə də çox yaxşı yerdə olacağı qənaətindədir. Halbuki Allah axirətdə cəhənnəmin ən aşağı təbəqəsində olduqlarını bildirir.

(A9 TV; 25 yanvar 2016)

Sırtıqlıq münafiqin əsas xüsusiyyətidir. Münafiqlərlə əlaqədar ayələr oxunduqda münafiq özünə aid etməz, heç onunla əlaqəsi yoxmuş kimi davranar, çox həyasızdır. Halbuki möminin münafiq əlamətlərindən içi titrəyər, yəni çox qorxar.

(A9 TV; 25 yanvar 2016)

PKK hərəkatını təşkil edən tək yer vardır. Mərkəzi Londonda olan İngiltərə dərin dövlətidir. Başqa heç bir güc, heç bir əlaqə yoxdur, hadisə tamamən bu cürdür.

(A9 TV; 25 yanvar 2016)

Mövhumatçılıq azacıq önü açıldıqda corab söküyü kimi gedər. Olduqca təhlükəlidir. Dövlət bu mövzuda çox qərarlı bir siyasət izləyərək, müasir dövlət quruluşu, müasir incəsənət anlayışı və müasir düşüncəni mütləq yaymağa çalışmalıdır. Yəni İslam müasir mənada yaşanmalıdır. Hansı mənada müasir? Səhabə dövründəki kimi.

(A9 TV; 24 yanvar 2016)

Münafiq həmişə haram olan, qadağan olunmuş şeylərə meyillidir. Məsələn, münafiqlər, oğurluq, fırıldaqçılıq, yalançılıq, casusluq, fitnəkarlıq, cinsi pozğunluq, pislik etmək və hətta cinayətə meyillidirlər. Bunu Quranda görürük. Həmişə insan öldürməyə meyl edirlər.

(A9 TV; 24 yanvar 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)