Münafiq həmişə gəzmək dalınca qaçar. Oturub Quran oxumaq, İslamı təbliğ etmək, çətinlik çəkmək istəməz. Bu şüur altında çox güclü bir duyğudur; İslamdan başqa hər cür kitabı oxumaq istəyər. Münafiq ümumi biliyə çox əhəmiyyət verər. Məsələn, Afrikada qottentotlar nə edər? Əlaqəsiz şeylərdir. İslamı və Quranı prioritet qəbul etməz. İman həqiqətlərini prioritet qəbul etməz, boş şeyləri prioritet qəbul edər. Çünki bununla ədabazlıq və göstəriş edəcək.

(A9 TV; 27 yanvar 2016)

Münafiqi müsəlmanların arasında ikən uzaqlaşdırmağa çalışmaq, koma vəziyyətindəki bir insanı öldürməyə bənzəyir. Koma vəziyyətindəki insandan heç vaxt ümid kəsilməz. Ölümə tərk etmək olmaz. Komadan çıxana qədər gözləmək lazımdır. Lakin bəzən heç komadan çıxmır, komada ikən ölür. Münafiq də belədir.

(A9 TV; 27 yanvar 2016)

Münafiq müsəlmanlardan ayrılıb küfr əhlinin yanına getmək üçün, həmişə mövzu axtarar, fürsət axtarar. Fürsət verilməməlidir. Lakin həqiqətən münafiqdirsə onsuz da bu xüsusiyyəti özünü büruzə verər. Sən nə etsən də, özünü büruzə verər. Sən səbir etməyib, birbaşa göndərməyə çalışsan bu günah olar. Bu cür olmaz. Səbir etməlisən, çünki bəlkə şəfa tapa bilirlər. Münafiq müalicə edilməlidir.

(A9 TV; 27 yanvar 2016)

Münafiq, müsəlmanlarla küfrün mübarizəsini arenada izlər kimi seyr edir. Kimin kimdən daha üstün olduğuna baxar, əgər küfr əhlinin üstün mövqedə olduğunu görsə, müsəlmanlara heyrətamiz dərəcədə bağlanmış kimi göründüyü halda, birdən özünü küfr əhlinin arasına atar. Münafiq çox alçaqdır. Bir anda onların adamı olar.

(A9 TV; 26 yanvar 2016)

Münafiq küfr əhlinə kömək etməkdə və dəstəkləməkdə çox məharətlidir. Münafiqlərlə əlaqədar ayələrdə münafiqlərin küfr əhlinə heyrətamiz dərəcədə məlumat çatdırdıqları və dəstək olduqları, lakin onlarda zəiflik gördükləri vaxt da, onlardan dərhal qaçdıqları bildirilir.

(A9 TV; 26 yanvar 2016)

Mehdiyyət sevgi üzərində qurulub. Mehdiyyət həmişə sevgini, mərhəməti, dostluğu və qardaşlığı istəyər. Münafiq sistemi və dəccaliyyət sistemi isə tam əksidir.

(A9 TV; 26 yanvar 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)