Bu sevgisizliyiniz nədir? Artıq son həddə çatmışdır. Sakitləşin, mülayim olun, gözəl gözlə baxın, ətrafı gözəlləşdirin. Çirkin bir şey varsa on misli daha çirkin hala gətirirlər. Bir şey qırılıb dağıldısa, tamamilə parça-parça edirlər. Belə olmaz, təmir edən, düzəldən olmalısınız.

(A9 TV; 20 yanvar 2016)

Dünyanın hər yerində heyrətamiz münaqişə vardır. İnsanlar: “Bu mühitdə İslam necə hakim olar, mehdilik necə irəliləyər?” deyə düşünə bilərlər. Məhz təəccüblü olan da budur; bütün bunlara baxmayaraq, Allah İslamı hakim edəcəkdir.

(A9 TV; 19 yanvar 2016)

Allah ümid və qorxu içində olmağımızı istəyir. “Mənim şüurum açıqdır, mən cəhənnəmə getmərəm” deyilməməsini söyləyir. Çünki küfr etdiyi halda sonradan müsəlman olan, sonra yenidən küfr edən və yenidən müsəlman olan insanlardan bəhs edir Allah. Yəni Allah ruhunu alıb yenidən verər, ruhunu alıb yenidən verə bilər; bu vəziyyətə sala bilər bir insanı, Allah uzaq eləsin. Arxayın olmaq doğru deyil.

(A9 TV; 19 yanvar 2016)

Bütün Yaxın Şərqdə əsas fikir mehdilik üstündə dönür. Evanjelizm tamamilə mehdiyyətə əsaslanan bir sistemdir. MKİ-nin (CIA) bütün fəaliyyətlərində mehdiyyət əsasdır. Əl-Qaidə, Taliban və İŞİD-in təməl fəlsəfələri mehdiyyətdir. Bütün şiələrin təməl ideologiyası mehdiyyətdir. Bütün sünni camaatlar mehdiyyəti müdafiə edir. Bütün hadisələr mehdiyyət ətrafında baş verir. Mehdiyyət dünyanın əsas həqiqətidir. Yaxın Şərq ərazisi hazırda mehdiyyətə görə formalaşır.

(A9 TV; 18 yanvar 2016)

Dünyada baş verən dəhşət və əzab qat-qat artacaq, ta ki, Mehdinin açıq-aydın zühurunu görənə qədər. 2016-cı və 2017-ci illərdə, təkcə İslam aləmində deyil, hər yerdə dəhşət və əzab ağlasığmaz dərəcədə yüksələcək, 2018-ci ildə ortalıq cəhənnəmə çevriləcək sanki. 2019, 2021 və 2023-cü illər; bunlar qurtuluş illəridir.

(A9 TV; 18 yanvar 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)