Münafiqin məntiqini qavramaq asan deyil. Bəzən həqiqətən bütün münafiq əlamətləri üzərində olar, lakin sonra baxırsan ki, müsəlmandır. İmtina edir, yəni düzəldir, hamısını tərk edir. Bəziləri də dəlicəsinə münafiqliyə sarılar və tərk etməz. Məhz bu insan əsil münafiq olar.

(A9 TV; 28 yanvar 2016)

Türkiyənin içində Kürd dövləti yaratmağa çalışsan, bu bütün İslam aləminə qarşı cinayət olar. Yəni bu, bütün Türk və İslam aləmini yox etmək layihəsinin icrası olar. O zaman buna icazə vermərik. Necə icazə vermərik? Açıq şəkildə deyirəm qiyamət qopar. Nə ABŞ qalar, nə Rusiya, nə İngiltərə, nə Fransa, nə də Çin. Heç bir yer qalmaz.

(A9 TV; 28 yanvar 2016)

Kürd qardaşlarımız nurdur, aslandır onlar. Kürd olduğu üçün onlara çirkin söz söyləyən, irqindən ötrü onları alçaldan kimsə, dünyanın ən şərəfsiz, ən şəxsiyyətsiz insanıdır. Dövlətimiz kürd qardaşlarımıza böyük diqqətlə sahib çıxsın.

(A9 TV; 28 yanvar 2016)

Münafiq pislik etmək üçün, bəhanə axtaracağına görə, onunla çox məharətlə və ağıllı danışmaq lazımdır. Yəni bəhanə tapa bilməyəcəyi, əxlaqsızlıq və hücum etməyə fürsət verməyəcək tərzdə danışmaq lazımdır.

(A9 TV; 27 yanvar 2016)

Məsələn, münafiqə yemək gətirərsən, öz əleyhinə nəsə tapar. Bir hədiyyə alarsan, əleyhinə bir şey tapar. Bir sual verərsən onu da əleyhinə düşünər. Tənqid edərsən əleyhinə düşünər. Ağlına gələn hər şeyi əleyhinə düşünər. Bundan ötrü də, bu dəfə pislik edər. Münafiqin həyasızlığı və əxlaqsızlığı buradan qaynaqlanar.

(A9 TV; 27 yanvar 2016)

İslama xidmət, Allaha və Kitaba xidmət münafiqin ən əzab çəkdiyi məsələdir. Çünki Allahdan nifrət etdiyi üçün, haşa Allaha xidmət etmək istəməz. Peyğəmbər (s.ə.v)-dən nifrət etdiyi üçün, dinə xidmət etmək istəməz. Müsəlmanlardan nifrət etdiyi üçün, müsəlmanlara kömək etmək istəməz.

(A9 TV; 27 yanvar 2016)

Münafiq axşama qədər boş işlərlə məşğul olar. Ətrafı seyr edər, televizora baxar, küçəyə baxar. Vaxtın keçməsini gözləyər. Çünki İslama xidmət etməyi saflıq hesab edər. Allaha qarşı qəzəbli olduğu üçün, haşa İslama xidmət etmək münafiqin heç xoşuna gəlməz.

(A9 TV; 27 yanvar 2016)

Münafiqin günü həmişə boş işlərlə keçər. Bu münafiqi tanımaqda bir üsuldur. Məsələn, saçına necə forma verməlidir? Hansı paltarı geyməlidir? Axşama qədər bunlarla məşğul olar. Münafiqi, din və iman maraqlandırmaz. Sıxıntıdan bezər. Bu münafiqin ən sıxıldığı mövzudur.

(A9 TV; 27 yanvar 2016)

Münafiqlər çox bilikli olarlar. Lakin münafiq, Quranla maraqlanmaz. Münafiqi sıxar, Qurandan və İslamdan utanar. Lakin, məsəl üçün, ziyalı ateist müəllifin kitablarını oxumağı çox əhəmiyyətli və cəlbedici hesab edər.

(A9 TV; 27 yanvar 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)