Münafiqlər İslam aləmi üçün çox böyük təhlükədir. Münafiq bəzən geri addım atar. Lakin bu müvəqqəti olar. Yenə təkrar alçaqlığa, pisliyə qayıdar. Yəni münafiq çox yaxşı müşahidə edilməlidir.
(A9 TV; 29 yanvar 2016)
İslamda çətinlik yoxdur. Allah asanlıq olmasını istəyir, ayədə dəfələrlə vurğulayır, “hz. İbrahim (ə.s)-ın dini kimi asandır” deyir. Başqa bir ayədə isə: “Allah sizin üçün çətinlik istəməz, asanlıq istəyər” deyir. İslam bayram kimidir, sevinc dinidir. Asıb-kəsmək, döymək, söymək və qadınlara həyatı zəhər etmək; bunlar yoxdur. İslamda qadınlar çiçək kimidir.
(A9 TV; 29 yanvar 2016)
Əbəs yerə İslamı bu qədər qorxunc vəziyyətə salırlar. Nə qədər qorxunc şey varsa, İslamda toplayıblar. Belə şeylər yoxdur. İslam bahar şənliyi kimidir.
(A9 TV; 29 yanvar 2016)
İsa Məsih (ə.s)-ın ən nəzərə çarpan xüsusiyyəti çox kəskin baxışlı olmasıdır. Baxışları bıçaq kimidir, çox ağıllı baxar. Boz gözlüdür, yaşıl deyil, gözləri bozdur. Göz rəngi hz. Yusif (ə.s)-dan gəlir.
(A9 TV; 29 yanvar 2016)
İsa Məsih gizli fəaliyyət göstərəcəkdir. Hz. Mehdi (ə.s) daha açıq fəaliyyət göstərər, lakin Allah Mehdini 70 pərdə ilə gizlətdiyi üçün son ana qədər anlaya bilməzlər.
(A9 TV; 29 yanvar 2016)
Şəhid cənazələri 100-200, yaxud min insanla olmaz. Hər dəfə ən azı 1 milyon insanla qaldırılmalıdır. Dövlət bunu təşkil etsin. Yer-göy təkbirlərlə inləməlidir.
(A9 TV; 28 yanvar 2016)
Bir kərə şəhid yuyulmaz və kəfənlənməz. O qanlı paltarıyla, əsgər paltarıyla açıq, hər kəsin görəcəyi şəkildə yola salınmalıdır. İgidlərimiz bu şəkildə məzara qoyulmalıdır. Üsulu budur.
(A9 TV; 28 yanvar 2016)
“Münafiq kişilər və münafiq qadınlar, bəzisi bəzilərindəndir”. (Tövbə surəsi, 67) Allah: “Onlar bir-birindəndir” deyir. Münafiqlər bir-birlərindən ayrıla bilmirlər, heyrətvericidir. Məsələn, küfr əhli ilə yaşamalıdır. Yaşaya bilmir. Təkcə öz aralarında yaşaya bilirlər. Yəni xüsusi bir cəmiyyətdirlər.
(A9 TV; 28 yanvar 2016)
Ətlə, sümüklə məhəbbət olmaz, sevgi olmaz. Ətə, sümüyə görə baxmağa çalışsan, ət sümük səni boğar, ondan heç nə çıxmaz. Qarşındakı insanda Allahın ruhunu, Allahın təcəllisini sevməlisən.
(A9 TV; 28 yanvar 2016)
Hər varlığı Allahın təcəllisi kimi görsən, Allah sənə sevdirər, sən o varlığı sevsən, o da səni sevər. Allahdır orada o sevgini yaşadan. Bundan savayı, məhəbbət deyə heç nə olmaz. Təkcə Allah eşqi vardır.
(A9 TV; 28 yanvar 2016)





