Allah şəhidliyi çox sevir, qaziliyi sevir. Gecə yarısına qədər təbliğ edilməsini bəyənir. Səylə Allah eşqinin axtarılması, Allahın çox sevdiyi şeydir. Bu zaman həmin eşqi və ehtirası Allah layiq olana verər.

(A9 TV; 29 yanvar 2016)

Allah eşqi çox sevər, ehtirası çox sevər. Mələklər də sevir, lakin bunu Allah kafi görmür. Çünki mələk sevməyə məcburdur. Lakin əzab və əziyyət içində olan insanın Allahı sevməsi, Allahın ən bəyəndiyi şeydir.

(A9 TV; 29 yanvar 2016)

Allah eşqdir, Allah sevgidir. Allah sevilmək istəyir, sevmək istəyir, lakin əsil sevgi istəyir, robot kimi bir sevgi deyil. Yəni məcbur olduğu üçün deyil, qəlbən sevməlidir. Bunun üçün Allah ehtirası, eşqi yaratmışdır. Allah onsuz da qullarında yaşayar; məsələn, biz ehtirası yaşayırıq, bunun eynisini Allah yaşayar.

(A9 TV; 29 yanvar 2016)

Münafiqə nəsihət kimi Allahdan bəhs et desən dəli olar, küfr əhlindən uzaq dur desən dəli olar. Şeytan seansı kimidir. Şeytan necə birdən birə dəli olur? O da bu cür dəli olar. Bunun üçün də, münafiqlə danışarkən çox diqqətli, çox təmkinli danışmaq lazımdır.

(A9 TV; 29 yanvar 2016)

Münafiqlə danışarkən çox diqqətli olmaq lazımdır. Yaxşı işlər görməyi əmr edib pis işləri qadağan etdikdə münafiq havalanar, dəliyə dönər. Ruhu üsyana və şeytanlığa meyilli olduğu üçün, nəsihətdən çox narahat olar.

(A9 TV; 29 yanvar 2016)

Münafiqin ən nəzərə çarpan xüsusiyyəti, heç vaxt unutmayın; küfr əhli ilə mütləq gizli əlaqə qurar, mütləq. Heyrət edəcəyiniz bir yolla, qapıdan qoysanız bacadan çıxar, mütləq küfr əhli ilə əlaqə qurar. Bu münafiqin ən nəzərə çarpan və imtina edə bilmədiyi xüsusiyyətidir. Çünki məlumat çatdırmaq üçün buna ehtiyacı var.

(A9 TV; 29 yanvar 2016)

Münafiq küfr əhli ilə əlaqə qurmasa əhval-ruhiyyəsi korlanar. Mütləq bir yerdən gizlicə küfr əhli ilə əlaqə quracaq. Onun qidası budur. Küfr əhli ilə əlaqə qurmayan bir münafiq görə bilməzsiniz. Hiyləgərcəsinə, gizlicə əlaqə qurmaq münafiqin tərgidə bilməyəcəyi xüsusiyyətidir, onun xəstəliyidir.

(A9 TV; 29 yanvar 2016)

Pislik münafiqin ciyərinə yayılmışdır. O həmişə bu pisliklə yanıb alovlanar. Həmişə küfr əhli ilə əlaqədə olmaq istəyər. Müsəlman onu narahat edər. Yəni İslamdan bəhs etmək, Qurandan bəhs etmək münafiqi narahat edər.

(A9 TV; 29 yanvar 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)