Atatürk igid Anadolu dəliqanlısıdır, səmimi müsəlmandır. Atatürkə çirkin şəkildə dil uzadılmasına qanunla, hüquqla icazə vermərik. Atatürkə qarşı olanlar bütün türk millətini, bütün türk gəncliyini qarşılarına aldıqlarını bilməlidirlər. İlahiyyat fakültələrini açdıran Atatürkdür. İmam Hatibləri açdıran Atatürkdür. Quranı türkcəyə tərcümə etdirib, on minlərlə sayda Anadoluya paylatdıran Atatürkdür. Atatürkü tənqid edən bəzi kəslərin Atatürk qədər İslama və müsəlmanlara xidməti yoxdur. Atatürkün zəkası, keyfiyyəti, incəsənət anlayışı, təmizliyi, yaraşıqlığı, hər cəhəti çox gözəl idi. Atatürkdən bütün gözəl cəhətləri ilə həmişə bəhs edəcəyik, həmişə gündəmdə saxlayacağıq. Tayyib hocamın Atatürk sevgisini də qəbul edə bilməyənlər boşuna çalışmasınlar.
(A9 TV; 20 yanvar 2018)
Nə vaxtsa hər kəs öləcək. 90-100 il sonra hal-hazırda yaşayan insanların təkcə rəsmi qalmış olacaq. Allah axirətdə hər kəs üçün yeni bədən yaradacaq.
(A9 TV; 20 yanvar 2018)
Bağışlamamaq, qürur, özünü böyük hesab etmək, eqoist olmaq kimi bütün qüsurları din əxlaqı aradan qaldırar. Bağışlamamaq bəladır. Bağışlamamaq insanın özünü sıxar. 10-20 il bağışlamamağın verdiyi sıxıntıdan xilas ola bilmir, halbuki bunların üstəsindən imanla çox asan gəlmək olar.
(A9 TV; 19 yanvar 2018)
Allahı çox sevdiyimiz üçün cənnətdə onun sevinci içində olacağıq. Sonsuz ağla, sonsuz gözəlliyə təslim olduğumuzu bildiyimiz, sonsuz gözəlliyin bizi sevdiyini bildiyimiz üçün, Onun bizə göstərdiyi hər nemətdən, hər gözəllikdən çox məmnun olacağıq.
(A9 TV; 19 yanvar 2018)
Tayyib hocama dəstək olmağımız, İngiltərə dərin dövlətinə qarşı çıxmağımız və darvinizmin əsassızlığını ortaya qoymağımız bəzilərini çox narahat edir. Əllərindən gələni etsinlər, qanunla, hüquqla, elmlə, irfanla bütün hiylələrini pozacağıq. Biz dövlətimizə güvənirik, haqqı, həqiqəti sona qədər müdafiə edəcəyik. Bizim üçün əhəmiyyətli olan Türkiyənin və İslam aləminin gələcəyidir. Bu yoldakı səylərimiz bütün təzyiq və təhdidlərə baxmayaraq davam edəcək.
(A9 TV; 19 yanvar 2018)
Allahın qanununu anlamadıqları üçün dünyanı dərd kimi qəbul edirlər. Dünyadakı hər şeyi ayrı-ayrı ilah kimi görürlər. Avtomobili, evi, ağacı, dərmanı müstəqil zənn edirlər, ilah kimi görürlər. Bu zaman həmişə sıxılır, əzab çəkirlər. Halbuki təkcə bir ilah olduğunu anlasalar, təkcə Allaha təslim olsalar çox rahat yaşayarlar.
(A9 TV; 18 yanvar 2018)
Allahı unutmağın qarşılığı dərhal verilər. Allahı unudan insan dalğın olar. Mən Allahı ən çox sevirəm, hər kəs Allahı ən çox sevməlidir. Allahı heç unutmayan insanın, gün ərzində ruh halı çox sağlam olar.
(A9 TV; 18 yanvar 2018)
Ölkəmizin və millətimizin başına bəla gəlməsini gözləyənlərə Allah hidayət versin, hidayət vermirsə gözlədikləri bəlaların min cürünü onlara versin. Fəlakət istəyənlərin başını fəlakətlərə bürüsün. Allah ölkəmizi, millətimizi, dövlətimizi güclü və daimi etsin.
(A9 TV; 18 yanvar 2018)
Türkiyə ziyalı və müasir dövlətdir. Həyatlarında incəsənət, keyfiyyət, fərəh, sevinc olmayan və sanki ölü kimi yaşayanlar millətimizin də ölü kimi yaşamasını istəyirlər. Millətimiz onlar kimi olmayacaq. Ziyalı, müasir, dindar, keyfiyyətli ölkə olaraq böyüyüb güclənəcəyik inşaAllah.
(A9 TV; 18 yanvar 2018)
Türkiyənin olduqca əhəmiyyətli dövrdən keçdiyini bilən İngiltərə dərin dövlətinin tərəfdarları hücuma keçdilər, bütün millətimiz çox diqqətli olsun. Vətənpərvərləri müxtəlif üsullarla usandıra biləcəklərini zənn edirlər. Allah Türkiyənin və millətimizin əleyhinə hiylə quranlara hidayət versin, hidayət tapa bilmirlərsə həlak etsin. Bütün oyunlarını pozsun.
(A9 TV; 18 yanvar 2018)





