Suriya məsələsində Türkiyə, Suriya, İran və Rusiyanın ittifaq etməsi, Suriyanın ərazi bütövlüyünün qorunması və Suriya dövləti ilə Türkiyənin əlaqə yaratması lazımdır. Bu təmin olunsa İngiltərə dərin dövlətinin bölgə üzərindəki bütün oyunları pozulmuş olar.
(A9 TV; 21 yanvar 2018)
Bəzi insanlar təkəbbürlü birini gördükləri zaman onun yanında əzilməmək üçün təkəbbürlü olmağın lazım olduğuna inanarlar. Liseylərdə və ya sosial mühitlərdə təkəbbürlü olan insanın yanında, əslində o insandan nifrət etmələrinə baxmayaraq, çox insan olar. Buna görə digərləri də təkəbbürlü olmağın əhəmiyyətli və dəyərli olduğunu düşünər. Halbuki təkəbbür insanın özünü alçaldan haldır. Təkəbbürlü insan yarı dəli kimidir. Məhz din olmadıqda insan düzgün qiymətləndirmə apara bilmir və qəribə meyarlar müəyyənləşdirir, ziq-zaq çəkməyə başlayır. Allah dinin əhəmiyyətini bir daha göstərir. Quran əxlaqı ilə baxan insan məsələləri tam doğru şəkildə anlayar.
(A9 TV; 21 yanvar 2018)
İslamı azadlıqdan uzaq, sevinc olmadan, içə qapanıq din deyə göstərdilər. Onların göstərdiyi dinin yaşanması qeyri-mümkündür. Mövhumatçı görünüşdə olan çox insan belə namaz qılmır. Çünki namazı içindən çıxılmaz, edilə bilməz ibadət kimi göstərirlər. Allahın Quranda bildirdiyi din asan olandır.
(A9 TV; 21 yanvar 2018)
Allah ordumuzun səfərini mübarək etsin, qələbə versin. Allah Türkiyənin düşmənlərini, namərdləri, xainləri çox pərişan etsin. Münafiqlərin, xainlərin rejimini yerlə-yeksan etsin. İslam əxlaqını dünyaya hakim etsin. Türk millətini müzəffər etsin, İslam Birliyinin öncülü etsin, bizi də Mehdiyə tələbə etsin.
(A9 TV; 21 yanvar 2018)
Prezidentimiz hörmətli Rəcəb Tayyib Ərdoğanın əmri ilə imanlı əsgərimiz Afrin hərəkatını başlatdı. Allah ordumuzu, dövlətimizi, millətimizi qorusun, müzəffər etsin.
(A9 TV; 20 yanvar 2018)
Allah hər şeyi bir məqsədlə yaradar. İnsanın da yaradılmasında bir məqsəd var. Dərin və ağıllı insanlar bunu anlayar. Lakin bəzi insanlar zalım, cahil və nankor olur, ölü olurlar. Diri olub Allahı bilməmək, Allahı dərk edə bilməmək qeyri-mümkündür.
(A9 TV; 20 yanvar 2018)
İnsanın gələcəyi ilə bağlı narahat olması Qurana uyğun olmaz. Gələcəyi ilə bağlı narahat olan insan, hər hadisənin Allahın nəzarəti altında olduğunu unudub, Allahdan başqa gücün olduğunu düşünür deməkdir ki, bu da şirk olar. Şirk Allaha şərik qoşmaqdır və çox böyük günahdır.
(A9 TV; 20 yanvar 2018)
Hədislərə görə cənnətdə böyük bazarlar olacaq, insanlar gedib istədiklərini alacaqlar, pula ehtiyac olmayacaq. Bazarlarda gözəl insan portretləri olacaq. İnsanlar bəyəndiyi gözəl insan portretlərinə baxarkən o, şəkildəki insan olacaqlar. Bir qadın baxaraq; “nə gözəl qadın rəsmidir” deyəcək, sonra güzgüyə baxıb görəcək ki, o bəyəndiyi qadın olub.
(A9 TV; 20 yanvar 2018)
Musiqiyə, rəsmə, heykələ, müasirliyə qarşı olduğunu iddia edənlərin çoxu, uşaqlarını təhsil alması üçün Səudiyyə Ərəbistanına və ya başqa İslam ölkəsinə deyil, Avropaya göndərirlər. Çünki səmimi deyildirlər. Bu gözəllikləri özləri də bəyənirlər və sevirlər. Həmişə Avropaya heyrandırlar, həmçinin düşmənmiş kimi üslub işlədirlər. Portret, heykəl, gözəllik gördükləri zaman hücum etmələrinin lazım olduğunu düşünürlər. Heykələ tüpürdükdə də böyük vəzifə yerinə yetirdiklərinə inanırlar. Madam ki, rəsm haramdır, heykəl haramdır, heykəl gördükdə tüpürmək lazım olduğunu düşünürsünüz, o zaman uşaqlarınızı təhsil almaları üçün niyə bunların hamısının olduğu Avropaya göndərirsiniz?
(A9 TV; 20 yanvar 2018)
İngiltərə dərin dövləti bir ölkəni dağıtmaq və ya parçalamaq istədiyi zaman, əvvəlcə o ölkədə incəsənətin, elmin, mədəniyyətin olmadığı, zövqsüz, çirkli, davakar, sevgi və nəzakəti bilməyən insanlardan ibarət olan mühit yaradır. Bu zaman belə ölkələri dağıtmaq çox asan olur. “Baxın, İslamı yaşayan bu ölkələr belə fəlakətin içinə sürüklənirlər, bu ölkələri dağıdıb yenidən quraq” deyirlər. Suriyada və İraqda həmişə eyni taktikanı tətbiq etdilər. İndi də Türkiyəyə eyni şeyi tətbiq etmək istəyirlər. İncəsənətin, gözəlliyin, qadın azadlığının, sevincin, elmin olmadığı, insanların yaşama sevincinin qalmadığı, içinə qapanıq bir ölkə yaratmaq istəyirlər. Biz buna elmlə, irfanla imkan vermədik və verməyəcəyik. Quranın parlaq, müasir, keyfiyyətli, nəzakətli, sevgi və həyat dolu ruhunu həyatımızla göstəririk və bütün Türkiyəyə, dünyaya bu gözəl Quran əxlaqının hakim olmasını istəyirik.
(A9 TV; 20 yanvar 2018)





