Ateisti, dinsizi, İslam əleyhinə olanları qazanmağa çalışdığına görə, qəlbində xəstəlik olan, imanında zəiflik olan müsəlmanı daha çox qazanmağa çalışmaq lazımdır. Çünki o sənin yanında hazır vəziyyətdədir, onsuz da rahat danışa bilirsən. Nə qədər anormal olsa da, nə qədər tərs olsa da, bunun savabı çox olar.

(A9 TV; 29 fevral 2016)

Birisi: “Lə ilahə illəllah, Muhammədən Rəsulullah” dediyi müddətcə sən onu münafiqliklə ittiham edib, müsəlmanların himayəçilik sistemindən kənara çıxarda bilməzsən. Məsələn, “çıx get, küfr əhlinin yanına get” deyə bilməzsən, haramdır. Sən küfr əhlini qazanmağa çalışırsan, onu da göndərməyə çalışırsan. O zaman küfr əhlini niyə qazanmağa çalışırsan?

(A9 TV; 29 fevral 2016)

Münafiq bəzən çox yaxşı rəftar göstərər. Bu yeni hücumun başlanğıcı olar. Məsələn, hər kəsə yaxşı davranar, yaxşı danışar, lakin bu əsaslı hücum üçün, yeni zəmindir. Yəni şeytanın ona verdiyi, öyrətdiyi hücum başlanğıcıdır. Münafiqin düzəlməsi ümumiyyətlə şübhə altındadır, nəsə edəcək ki, yeni hücum başladacaq.

(A9 TV; 28 fevral 2016)

Münafiqlər müsəlmanlardan ümumiyyətlə uzaq durmaq istəyərlər. Uzaq qalmağın səbəbi də, müsəlmanlara biri hücum edərsə, bir şey olsa, həbs edilə bilər, ləkələnə bilər, döyülə bilər, söyülə bilər, adına xələl gəlməsin, məqsəd budur.

(A9 TV; 28 fevral 2016)

Münafiqin hədəfi həmişə imamın yanıdır, peyğəmbərin yanıdır. Münafiqin ən çox istədiyi yer burasıdır, çünki ən çox vuruşu, hücumu edəcəyi yer burasıdır. Onun fəaliyyətini dayandıra bilmək üçün, məlumat toplayıb şeytanlarına çatdıra bilmək üçün, mərkəz olan yer bura olduğu üçün bunu çox mühüm görər.

(A9 TV; 28 fevral 2016)

Münafiq heç vaxt düzəlməyən, heç vaxt azğınlıqdan əl çəkməyən manyakdır. Qətiyyən kini və nifrəti bitməz münafiqin, sakitləşməz. Yəni tam olaraq ruh xəstəsidir. Vərəm xəstəliyi kimi güclü antibiotik alsa azalar xəstəliyi, lakin dərmanın dozası bir qədər azaldıldığı zaman, dərhal həmləyə keçər. Bəzən də dərmana qarşı immunitet qazanar, heç fərq etməz, bədənini bürüməyə çalışar.

(A9 TV; 28 fevral 2016)

Münafiq sevgini bilməz. Sevgidən alət kimi istifadə edər, vasitə kimi istifadə edər. Müsəlmanlara hücum etməkdə, əxlaqsızlıq etməkdə, alçaqlıq etməkdə bir vəsilədir. Yəni müsəlmanı narahat etmək üçün, pislik etmək üçün sevgidən istifadə edər. “Sevdiyim üçün gəldim” deyər, “sevdiyim üçün danışdım” deyər, “sevdiyim üçün bunu edirəm” deyər.

(A9 TV; 28 fevral 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)