Sevgini yayaq. Müəllimlər məktəblərdə bir dəfə şagirdlərinə sevgidən bəhs etsələr, uşaqlar çox açılarlar. Sinif müəllimləri: “Uşaqlar bir-birinizi sevin, dost olun, qardaş-bacı olun” desə, “sevgi çox gözəl şeydir” desə, “sevgiyə bütün insanların ehtiyacı var” desə, uşaqlar bunu ömür boyu unutmazlar. Bunu bütün müəllimlərdən xahiş edirik. Bütün Türkiyə səviyyəsində sevgidən bəhs etsinlər. Bir kəlmə.

(A9 TV; 1 mart 2016)

Xristianların, haşa “İsa ilahdır” demələri bir çox xristian gəncin dindən uzaqlaşmasına səbəb olur. Bu batil inancı yox etməlidirlər. İsa Məsihə Allahın Peyğəmbəri desən xristianlıq dünyanı əhatə edər. Lakin “İsa Allahdır” desən olmaz. Buna görə də, Avropada böyük kütlə dinsiz oldu.

(A9 TV; 29 fevral 2016)

Ateist dürüst insan deməkdir. Mərdcə, açıqca söyləyir, “mən Allaha inana bilmirəm, dinə inana bilmirəm, məni razı salacaq insan varsa danışaq, dürüst iman gətirmək istəyirəm” deyir. Saxtakarlıq, münafiqlik çox qorxuncdur.

(A9 TV; 29 fevral 2016)

Zahirdə imtahanda, batində isə təhsil prosesindəyik, kurs kimi. Çünki Allah bizim nə etdiyimizi bilir. Onsuz da Yaradan Odur. Yəni sonsuz əvvəldən nə etdiyimizi bilir. Biz onsuz da əməl edib qurtarmışıq. Bizi öyrədir, bizim nə olduğumuzu, özümüzə göstərir. Bizi bizə göstərir. Yəni bizi bizə sevdirir. Axirətə hazırlayır.

(A9 TV; 29 fevral 2016)

Müsəlman səhv edə bilər, səhv etməkdən qorxmamaq lazımdır. Çox böyük səhv də edə bilər, müsəlman qardaşını xəbərdar edər, lakin xəbərdarlığa dəlicəsinə reaksiya vermək çox anormaldır. “Yaxşı düşünərəm” deyərsən, “Allah razı olsun etməyə çalışaram” deyərsən olub bitər. Həddindən artıq reaksiya vermək anormal hərəkətdir.

(A9 TV; 29 fevral 2016)

Mömin nəsihətə açıq olmalıdır. Xətalı olması problem deyil, lakin söz dinləyən olmalıdır. Yəni həyasız, nəzakətsiz olmamalıdır, lovğalıq etməməlidir. Nəzakətiylə Quran ölçüsü çərçivəsində dinləyib: “etməyə səy göstərəcəyəm” deməlidir, edə bilməsə də.

(A9 TV; 29 fevral 2016)

“Hər halda o münafiqdir” deyir. Yaxşı, belə olduğunu fərz edək; öyrət, təbliğ et, ayə söylə, səbir et, danış, elə deyil? O zaman heç kim heç kimlə görüşə bilməz ki, heç bir müsəlman başqa müsəlmanla görüşə bilməz. Ona münafiq de, buna kafir de, o birisinə xəstə de, axırda insan qalmaz.

(A9 TV; 29 fevral 2016)

Möminlər arasında himayəçilik sistemi var. Bir insana münafiq diaqnozu qoyaraq möminlərin arasından atmaq səlahiyyəti yoxdur. Bu ancaq vəhylə olar.

(A9 TV; 29 fevral 2016)

Məsələn, bəzən yazanlar olur: “Qrupumuzda biri var münafiqdir, nə edək?” Haradan bilirsən? Bəlkə o münafiq dediyin insan cənnətə gedəcək, sən cəhənnəmə gedəcəksən. Qəlbini mi yardın? Peyğəmbər heç belə qərar vermir, belə şey yoxdur. Vəhy gəldiyi vaxt qərar verir. İnsanlar münafiqəm deyə uca səslə bağırır, qaynaşır, yenə toxunmur Peyğəmbər (s.ə.v), düzəltməyə çalışır.

(A9 TV; 29 fevral 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)