Münafiq müsəlmanları narahat edirsə, özündən şübhələndiklərini anlasa, buna bir müddət son qoyar. Lakin müsəlmanların diqqətinin yayındığını görsə yenidən iyrəncliyinə başlayar. Yenidən fəaliyyətlərinə başlayar. Yenə müsəlmanları narahat edər. Yenə pislik edər. Yenə onları narahat edəcək hər şeyi etməyə başlayar.
(A9 TV; 27 fevral 2016)
Münafiq fitnəçidirsə, fitnə törətdiyi aşkara çıxdıqda bir müddət dayanar. Lakin müsəlmanların diqqətinin yayındığı anın gəlməsini gözləyər. Bundan sonra yenidən həmləyə keçər. Yəni münafiq şəraitin sakitləşməsini, mühitin sakitləşməsini gözləyər.
(A9 TV; 27 fevral 2016)
Küfr əhli münafiqə çox sahib çıxar. O da sahib çıxılacağını bildiyi üçün oradan özünə zəmanət payı ayırar. Lakin küfr əhli də, təbii ki, öz mənfəəti üçün istifadə etdikdən sonra münafiqi əzər. Münafiq bundan da xəbərdardır, yəni bir gün oradan da qovulacağını, it kimi alçaldılacağını bilir.
(A9 TV; 27 fevral 2016)
Münafiq yeni vərəm mikrobu kimidir. Münafiqə mütəmadi antibiotik verilməlidir. Yoxsa bədənini bürümək üçün, mütəmadi olaraq hücum edər. Heç cür sağalmayan vərəm mikrobu kimidir. Yüksək dozada antibiotiklə mütəmadi olaraq nəzarət altında saxlanılmalıdır.
(A9 TV; 27 fevral 2016)
Münafiq tutulacağını anladığı zaman, qismən düzələr. Lakin diqqət üzərindən yayındıqda yenidən azmağa başlayar. Müsəlmanlara zərər vermək və narahat etmək fəaliyyətlərinə yenidən başlayar.
(A9 TV; 27 fevral 2016)
Münafiqin zəkası çox itidir, lakin axmaqlığı dəlilik dərəcəsindədir. Çox ağılsızdır. Məsələn, bir şeyi açıq-aşkar edər, görülmədiyini zənn edər. Yalan danışar, kimsənin bilməyəcəyini zənn edər. Dəlisov dəvəquşu siyasəti vardır münafiqdə. Başını quma basdıraraq görülmədiyini zənn edər.
(A9 TV; 27 fevral 2016)
Münafiqlər Allahın qurduğu tələnin puç ediləcəyini düşünərlər. Müsəlmanları zəif görərlər. Mömin İslamın qalib gələcəyinə inanır, münafiq də küfr əhlinin qalib gələcəyinə inanar. Şeytan tərəfinin qalib gələcəyinə inanar. Buna görə də, heç vaxt müsəlmanlara, İslama güvənməzlər.
(A9 TV; 27 fevral 2016)
Müsəlmana yaraşan, dürüst həyat tərzi münafiqə çox darıxdırıcı və anormal gələr. Bəlalı, təhlükəli həyat münafiqin xoşuna gələr. Buna görə də, küfr əhlin arasından özünə həmişə həmdəm, dost ətrafı əldə etmək istəyər münafiq. Onlara həmişə yaltaqlıq edər. Bir gün gedəcəyi üçün, onlara şirin görünərək əl altında onları hazır tutmağa çalışar.
(A9 TV; 27 fevral 2016)
Münafiq macəradan, pislikdən, təhlükədən, riskli işlərdən çox xoşlanar, macərapərəstdir. Macəra onun üçün imtina edilməzdir. Məsələn, ölkələri gəzər, bir yerdən qaçar, bir yerdə tutular. Münafiqin bütün ömrü murdarlıq içində keçər.
(A9 TV; 27 fevral 2016)
Münafiq təmiz deyil, murdar yaşamaq istəyər. Məsələn, hər gün yuyunmayacaq. Marixuana çəkəcək, pislik edəcək, əxlaqsızlıq edəcək. Zibillik yerlərdə gəzəcək. Küfr əhli ilə iç-içə olacaq. O iyrəncliyi yaşayacaq. Həmişə düşüncəsində bu var. Həmçinin böyük olmaq istəyər. Eqoistlik edəcək, təkəbbürlük edəcək. Dünyanı oturduğu yerdən idarə edəcək. Sərsərilərlə görüşüb danışacaq. Təhlükəli işlər görəcək.
(A9 TV; 27 Fevral 2016)





