Şeytan namazdan uzaqlaşdırmaq üçün insanı təfsilatlara boğmaq istəyər. Namazı pozan minlərlə əlavələr gətirib namazı çətinləşdirirlər, halbuki namaz asandır. Buna görə də, Allah Quranda heç bir təfsilat qeyd etməmişdir; rüku, səcdə və qiyam. Qıl, çıx. Bu qədər.

(A9 TV; 2 mart 2016)

Stalinizm heç vaxt dövlətsiz olmaz. Proletariat diktaturası Stalinizmin imtina edilməz xüsusiyyətidir. Yoxsa insan Stalinist olmaz. Yəni kommunist olmasının mənası qalmaz. İnsan partiyanı nə üçün qurur? Dövlət yaratmaq üçün qurur.

(A9 TV; 1 mart 2016)

Gümrah gənclik əvəzinə ölü gənclik hədəf edilir. Ənənəvi ortodoks zehniyyətlə beyninizi, ruhunuzu çürütmək istəyirlər, fitrətinizi yox edirlər və qadın düşməni etməyə çalışırlar. Qadın gözəlliyini yox edirlər. Eləcə də, hiss etdirmədən bu yolla Yaxın Şərqi məhv etdilər. Heç kim bu oyuna düşməsin.

(A9 TV; 1 mart 2016)

Yaxın Şərqin məhv olması planında tətbiq olunan şeytani üsullardan biri də, ənənəvi ortodoks İslam anlayışı ilə insan fitrətini tamamilə pozub, beyindəki gümrahlığı yox edib, beyin gücünü yox etməkdir. İnsanların beyni məhv olur, çürüyür sanki. Ruhunu, ağlını çürüdürlər və görürsünüz səfaləti, pərişanlığı.

(A9 TV; 1 mart 2016)

Bəzi gənclər arasında istehsaldan, texnologiyadan, elmdən tamamilə uzaq, yaradıcı olmaqdan, incəsənətdən, estetikadan tamamilə uzaq, hazır olanı yeyən, hazır olanla bəslənən və müftəxor olan ruh sistemi çox sürətlə yayılır. Məktəblərin tədris proqramına milli şüur dərsi əlavə edilərək buna qarşı tədbir alınmalıdır.

(A9 TV; 1 mart 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)