Qurana görə münafiqlərin hədəfi bütün müsəlmanlar olmur. Bu çox mühümdür. Peyğəmbər, imam, müsəlmanların lideri kimdirsə o; ən təsirli olduğunu gördüyü insan kimdirsə ona ilişər münafiq. Yəni ən böyük düşməni, ən böyük hədəfi odur. Sonra da peyğəmbərlərin, imamların (artıq o dövrün lider insanı kimdirsə) ən güvəndiyi insanlara ilişər münafiq.

(A9 TV; 28 fevral 2016)

Səmimi olmaq zövqlüdür. Bədən üçün xeyli şəfadır. Səmimiyyət insana fərahlıq verər. İnsan səmimi olmasa sıxılar, yəni ağlı kütləşər, sıxıntıya qapılar. Səmimi olduğu zaman rahat olar.

(A9 TV; 28 fevral 2016)

Münafiqdə həmişə gəzmək instinkti var. O daxili sıxıntısını bəhanə edər. Məsələn, ticarəti bəhanə edər, ailəsini bəhanə edər. Münafiqin qəlbi heç cür rahat olmaz. Lakin sıxıntısı da üstündədir, çiynindədir. O sıxıntıdan qaçar, sıxıntı da onu qovalayar.

(A9 TV; 27 fevral 2016)

Münafiq müsəlmanlardan uzaq olmağı öz aləmində ayıqlıq zənn edər və axmaqcasına bu oyunu da müsəlmanların görmədiyini zənn edər. Bunu müsəlmanların qəbul edəcəyini, Allahın da qəbul edəcəyini düşünər. Müsəlmanları da, haşa Allahı da aldatdığını zənn edər.

(A9 TV; 27 fevral 2016)

Hər dövrdə, peyğəmbərlərin dövrlərində də həmişə bu cür “ərköyün uşaqlar” vardı. Küçədən qorxduğu üçün, ailəsindən qorxduğu üçün, atasından, anasından, mənfəətlərindən, işini itirməkdən, oxuduğu təhsil müəssisəsini itirməkdən qorxduğu üçün peyğəmbərlərin yanına yanaşmadılar. Mümkün qədər qaçaraq, uzaq yaşayaraq, arada bir gələrək əlaqə qururdular. Bu arada bir gəlmənin səbəbi də axirətdə, haşa Allahı aldada biləcəklərini düşünürdülər.

(A9 TV; 27 fevral 2016)

Münafiq çox məqsədəuyğun, gözəl, faydalı danışdığına inanar. Yəni hər şeyi, sözü yerli-yerində danışdığını zənn edər. Halbuki kənardan baxan heyrət içində qalar. Yəni qeyri-sabitliyinə heyrətlənər. Lakin bunu görə bilməz münafiq. Məsələn, ağılsızlığını görə bilməz. Yəni əqli sağlamlığının yerində olmadığını görə bilməz.

(A9 TV; 27 fevral 2016)

Münafiqin sözləri sərxoş kimidir, çox tutarsızdır. Lakin onun dəli dünyasında bunu görməsi qeyri-mümkündür. Şizofreniya məntiqi var. Şizoid şəxsiyyətlidir, manyak kimi danışar, lakin qeyri-sabitdir, görə bilməz.

(A9 TV; 27 fevral 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)