Dindar musəvilər çox gözəl insanlardır. Allahı çox sevirlər, çox gözəl əxlaqlıdırlar, dürüstdürlər, Allaha fövqəladə eşqlə bağlıdırlar. Nə gözəl, 3500 il hz. Musa (ə.s)-a sədaqət, Tövrata 3500 illik sədaqət.
(A9 TV; 3 mart 2016)
Dindar musəvilər gözəl insanlardır. Minlərlə ildir ki, sədaqətlə hz. Musa (ə.s)-a bağlıdırlar. Lakin şeytan iman gətirənlər arasında düşmənçilik yaratmağa çalışır.
(A9 TV; 3 mart 2016)
İslamda himayəçilik sistemi var. Möminlər bir-birlərini öz qardaşları kimi qorumaqla mükəlləfdirlər.
(A9 TV; 3 mart 2016)
Mömin sevgidə çox ustalaşanda, Allah onu cənnətinə alır. Sevgi öz-özünə meydana gəlmir, əziyyətlə, əzabla, təhsillə meydana gəlir.
(A9 TV; 2 mart 2016)
Bütün mahnılar həmişə ağlamağa həsr olunur. Çünki sədaqət yoxdur, vəfa yoxdur. Din nəyi təmin edir? Vəfa, sədaqət və səbri təmin edir.
(A9 TV; 2 mart 2016)
Sevgi olmasa cənnətin köşkləri, çayları, meyvələrinin heç bir mənası olmaz. Sevgi üçün də imtahan, yəni təhsil lazımdır, əziyyət lazımdır.
(A9 TV; 2 mart 2016)
Allah sevilmək istəyir. Çünki sevgi olmasa cənnətin mənası olmaz. Kainatın mənası olmaz, heç nəyin mənası olmaz. Sevgi və eşqlə məna daşıyar.
(A9 TV; 2 mart 2016)
Allah Özünü səmimiyyətlə, həqiqi mənada sevdiyimizi görmək istəyir. Bu da imtahanla mümkün olur. Allaha olan sevgimizə özümüz də şahid oluruq.
(A9 TV; 2 mart 2016)
“Xəbərçilik etməyin”, (Hucurat surəsi, 12). Bu, xəbərçilik münafiqlərə aid ayədir. Müsəlmanları ona-buna şikayət edib çətin vəziyyətə salmağa çalışan alçaqlara qarşı Allahın Qurandakı əmridir.
(A9 TV; 2 mart 2016)
Quranda, “xəbərçilik etməyin” ayəsi, casusluq etməyin mənasındadır. Xəbərçilik, casus sözündən gəlir. Casusluq etməyin, yəni müsəlmanlar barəsində məlumat toplamayın, bu məlumatı gedib başqalarına verməyin, əxlaqsızlıq, zalımlıq etməyin.
(A9 TV; 2 mart 2016)





