İnsan yaradılışının məqsədini bilməsə heyvan xüsusiyyətləri göstərməyə başlayar. Eqoistləşər. Məsələn, heyvan, əti götürüb xəlvətə qaçar, yanına başqa heyvan gəldiyi zaman mırıldamağa başlayar. İnsanlar da, darvinist təhsilin təsiri ilə eqoistliyin məqbul olduğunu zənn edirlər. Bir-birindən uzaqlaşır, mərhəmətsiz və eqoist olurlar.
(A9 TV; 22 yanvar 2018)
Sevgi sözünün bu qədər az işlədilməsi dünyanın başındakı ən böyük bəlalardan biridir. Dünyanın ən mühüm məsələsi olduğu halda, şeytanın təsiri ilə ən az işlədilən söz sevgidir. Siyasətçilər, yazıçılar, ziyalılar, gənclər, hər kəs sevgini mütləq gündəmdə saxlamalıdır.
(A9 TV; 22 yanvar 2018)
Müsəlman dünyanın ən zəngini, ən güclü olmaq üçün səy göstərər, bu Qurana uyğundur. Lakin müsəlman bu maldan və gücdən hər zaman xeyir, yaxşılıq, dostluq, qardaşlıq, sevgi üçün istifadə etməklə məsuldur.
(A9 TV; 22 yanvar 2018)
Türk ordusu dünyanın ən mərhəmətli, ən ağıllı ordusudur. Prezidentimizin də sonuna qədər yanındayıq, qəlbi çox rahat olsun. Millətinə güvənsin və yoluna davam etsin. Allah güc, qüvvət versin.
(A9 TV; 22 yanvar 2018)
Münafiq dünyada ayrı yanar, axirətdə ayrı yanar. Dünyada ayrı alçaldılar, axirətdə ayrı alçaldılar. Mömin də həm dünyada, həm də axirətdə çox şərəfli həyat yaşayar. Münafiqlərin yaşadıqları murdar həyatdan ötrü ömürləri də qısa olar, dərdləri, xəstəlikləri bitməz, sonra da cəhənnəmə gedərlər.
(A9 TV; 22 yanvar 2018)
Münafiqlərin stressli və dəli həyatı olar. Mal hərisliyindən və yaşamaq hərisliyindən boğularlar. Lakin onları ən çox müsəlmanlara zərər verə bilməmək dəli edər. Müsəlmanlara hücum etdikcə özləri zəifləyər, müsəlmanlar güclənər. Müsəlmanlara hücum etdikləri zaman dərhal nəticə ala biləcəklərini, zərər verə biləcəklərini düşünərlər. Hz. Musa dövründəki və Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də eyni düşüncədə idi. Sonra hamısının ağıl və bədən sağlamlıqları pozuldu və həlak olub getdilər. Bütün malları, mülkləri müsəlmanlara qaldı. Münafiqlər cəhənnəmə gedərkən, müsəlmanlar sağlamlıq və rifah içində yaşayıb, sonra da cənnətə alındılar.
(A9 TV; 22 yanvar 2018)
Münafiqin ən bariz xüsusiyyəti nursuzluğudur. Heç kim onların yanına yaxınlaşmaz, tək bir dostları belə olmaz. Hər zaman təkdirlər. Allah onları zəlil yaratmışdır. Kimə və hara hücum edəcəklərini bilməzlər. Cəhənnəmə doğru yaxınlaşarkən alçaldılmağın şiddətindən həmişə anormal rəftarlar göstərərlər. Allah onları geri dönə bilməyəcəkləri bir həddə gətirər. Əməlləri az olsa cəhənnəmdəki hökmləri də az olar, buna görə də, Allah onlara mallar, imkanlar və zaman verər. Onlar da bütün imkan və zamanlarını müsəlmanlarla mübarizə aparmağa sərf edərlər. Günah yükləri və cəhənnəmə yaxınlaşma məsafələri beləliklə artar. Allah yetərli görəndə canlarını alar və cəhənnəmin ən dibinə atar. Allah ayəsində; “Mələkləri, onların üzlərinə və arxalarına vuraraq: “Yandırıcı əzabı dadın” deyə o inkar edənlərin canlarını alarkən görməlisən” deyə bildirir (Ənfal surəsi, 50).
(A9 TV; 22 yanvar 2018)
Münafiqlə mübarizə müsəlmanların bir-birinə sevgisini, bağlılığını çox möhkəmləndirər, İslamı, Quranı müdafiə etmə arzularını inkişaf etdirər və Quranda bildirilən münafiqin həqiqət olduğunu anlayaraq imanlarının artmasına vəsilə olar. Münafiqlərlə mübarizə müsəlmanlarda sağlamlıq yaradar, şövqlərini artırar, hər cəhətdən güclənmələrinə vəsilə olar. Müsəlmana bərəkət gələr. Münafiq həmləsi olmasa müsəlmanın həyatında durğunluq, ətalət ola bilər, lakin münafiqin müsəlmanın gücünü necə artırdığını müsəlman özü də görər.
(A9 TV; 22 yanvar 2018)
Münafiqlərin möminlərin arasında 10-20 illik kürtlük dövrləri vardır. Sonra bir anda şeytanın ilhamı ilə ölü hüceyrələr kimi canlanarlar və həmləyə keçərlər. Münafiqin həmləsi küfr əhlininki kimi deyildir. Münafiq müsəlmanlardan daha müsəlman kimi görünməyə çalışaraq həmləyə keçər. Şeytanlıqlarını gücləndirmək üçün bunu ayələrdən istifadə edərək edərlər. Halbuki özlərinin nə qədər alçaq olduğunu çox yaxşı bilərlər və tam xain vəziyyətinə düşməmək üçün “islah edirik” iddiası ilə çıxarlar. Quranda da münafiqlər üçün onlar barədə: ““Yer üzündə fəsad törətməyin” deyildiyi zaman: “Biz təkcə islah edənlərik”” dedikləri bildirilir (Bəqərə surəsi, 11). PKK, homoseksuallar, rumilik, mövhumatçılıq, İngiltərə dərin dövləti ilə elmi mübarizə onları heç maraqlandırmaz. Onlar var gücləri ilə müsəlmanlara hücum edərlər. Müsəlmanların arasında da (şeytanın yönləndirməsi ilə) ən təsirli, ən xeyirli olanlarını seçərlər.
(A9 TV; 22 yanvar 2018)
Allah Türkiyəni İslam aləminin lideri etsin, Türklük aləmini, İslam aləmini birləşdirsin. Allah bütün dünyaya sevgini hakim etsin. Bizə də bu nemətini göstərsin inşaAllah.
(A9 TV; 22 yanvar 2018)





