Gənclərə milli şüur dərsi verilərək, onlara, kommunizm, darvinizm və faşizm təhlükəsinin nə olduğu, terrorun ideologiyasının nə olduğu, zorakılığın, sevginin və mərhəmətin nə olduğu öyrədilməlidir. Milli hədəflərimizdən, məsələn, Türk-İslam Birliyindən bəhs edilməlidir.
(A9 TV; 4 mart 2016)
İndi görüləcək iş gəncləri maarifləndirmək, milli şüur dərsi keçməkdir. PKK mütəmadi təhsil verir. Kommunist terroristlər təhsil ilə bu hala gəlirlər. Biz də gənclərə həftədə üç saat milli şüur dərsi keçsək, olduqca faydalı olar.
(A9 TV; 4 mart 2016)
Dini çətinləşdirmək, içindən çıxılmaz hala gətirmək və dini yaşamayan kütlə meydana gətirib, dini yox etmək şeytani sistemdir. Halbuki, Allah bizə Quranla çox asan bir din təqdim edir. Bütün cəmiyyətlərin yaşayacağı bir din. Bunu tərk etdirib, yerinə, yaşana bilməyəcək, cəhənnəmə çevrilmiş bir din anlayışı gətirirlər.
(A9 TV; 3 mart 2016)
İslamı yaşana bilməyəcək hala gətirdikdə bunu qəhrəmanlıq zənn edir. Haramların çox olmasını istəyir. Öz meydana gətirdiyi haramlara da tabe olmur. Yoxsa “hər şey halal olar” deyir. Qardaşım, hər şey halaldır, doğru. Çox az haram var. İslamda belə çətinlik yoxdur. Namazlar da olduqca asandır. Dini çətinləşdirib məhv edirlər.
(A9 TV; 3 mart 2016)
Allah: “Quran barəsində sorğu-sual olunacaqsınız” deyir. Bəzi müsəlmanlar da “Allahın kitabı kafi deyildir” deməyi təqva zənn edirlər.
(A9 TV; 3 mart 2016)
Allaha ibadət etmək, namaz qılmaq bizim xoşumuza gəlir. Nə gözəl, namaz, minlərlə ildir, davam edən gözəllikdir.
(A9 TV; 3 mart 2016)
Keyfiyyət və incəsənət nazirliyi tezliklə yaradılmalıdır. Keyfiyyətsiz cəmiyyət yaranıdıqda Türkiyəni məhv edərlər. Qərb ölkələri bizi yox, PKK-nı seçirlər. Biz keyfiyyətli olaq, Avropalaşmış olaq, bizi seçsinlər. Bu mühüm məsələdir.
(A9 TV; 3 mart 2016)
Qərb ölkələri, Türkiyənin mövhumatçılığa meyletməsindən qorxur. Türkiyə müasir olsa, PKK-ya verdikləri dəstəyə də son qoyarlar.
(A9 TV; 3 mart 2016)
Silah tutmağı belə bacarmayan gənc qızları bomba partlatmağa yönləndirən sistem darvinist materialist təhsildir.
(A9 TV; 3 mart 2016)
Din, ənənəvi İslam anlayışına sahib insanlar tərəfindən cəhənnəm kimi təqdim edilir. İnsanın ağlını, fərasətini, bəsirətini bağlayan, bütün mühüm yönlərini yox edən, incəsənəti, estetikanı və gözəlliyi məhv edən, sanki insanın xoşbəxtliyinə düşmən olan bir sistem kimi. İnsanı şizofren hala gətirən, məhv edən sistem. Ənənəvi sistemdə bir insanın ruh və bədən sağlamlığının normal qalması qeyri-mümkündür.
(A9 TV; 3 mart 2016)





