Allah şəhidlərimizin şəhadətini mübarək etsin. Aslanlar kimi yaşadılar, aslanlar kimi Allaha qovuşurlar. Nə xoşbəxt onlara ki, birbaşa cənnət əhlindən olurlar. Allah ailələrinə sağlamlıq, xeyirli uzun ömür və gözəl səbir nəsib etsin. Təkrar-təkrar şəhidlərimizin şəhadətlərinin mübarək olmasını Allahdan diləyirik.
(A9 TV; 23 yanvar 2018)
Xəyal gücü Allahın sənətidir. İnsanın düşünməsi ilə, bir gözünü bağlayır, on nəfəri zehnində görə bilir. Bu, yaratmağın Allah üçün nə qədər asan olduğunu dərk etməyimiz üçün nümunədir.
(A9 TV; 23 yanvar 2018)
Mehdi hər əsrdə gözlənmişdir. Müsəlmanlar Mehdi məsələsində hər zaman şövqlü və istəkli olublar. Təkcə bu əsrdə mehdiyyətə bu qədər qarşı çıxılır. Bu da Mehdinin gəliş əlamətlərindən biridir.
(A9 TV; 23 yanvar 2018)
Allah dünyanın müvəqqəti olduğunu, insanların dünyanı unutmasını istəyir. Dünyanın yaşamaq üçün yaradılmadığını, xəstəliklərlə, dərdlərlə insanlara göstərir. İnsan sevməyi və sevilməyi dərdlərlə, əziyyətlərlə, xəstəliklərlə öyrənər. Bunlar olmasa insanın təhsili tam olmaz.
(A9 TV; 23 yanvar 2018)
İngiltərə dərin dövlətinin bir metodu var, oğurluğu edib sonra gəlib oğrunu axtarar, birini öldürər cinayət yerinə gəlib qatili axtarar. Bu İngiltərə dərin dövlətinin 150-200 illik metodudur. Cinayəti törətdikdən sonra günahı üzərindən atmaq üçün, özünə məsum görünüşü vermək üçün, hadisəyə qarşı çıxırmış görünüşü verməyə çalışar.
(A9 TV; 23 yanvar 2018)
Dəstəmaz, namaz Qurana görə asandır. Namaz və dəstəmazı çətinləşdirmək şeytanın insanları namazdan uzaqlaşdırmaq üçün oyunudur. Hər məzhəb özünə görə namaza sünnələr, fərzlər əlavə edər. Biri digərini qəbul etmir. Haram və halal məsələsində belə bir-birilərinə zidd olurlar. İslamın haramları, halalları təkcə Quranla müəyyən olubdur. Namaz qılmağın, dəstəmaz almağın hər məzhəbə görə fərqli olması deyə bir şey olmaz. Qurana görə namaz, dəstəmaz dəqiqdir və asandır.
(A9 TV; 23 yanvar 2018)
Bölgədən PKK-nın təmizlənməsi kürdlər, türklər, ərəblər və bütün xalqlar üçün bərəkət olacaqdır. Bu hərəkat kürdlərə qarşı deyil, terror təşkilatı olan PKK-ya qarşıdır. Kürdlər bizim canımızdır. Onları qırmızı kommunist, ateist, dinsiz PKK-nın əlinə buraxmayacağıq. Allah dövlətimizə, millətimizə, ordumuza zərər verməsin. Hakim etsin, gücləndirsin. Müzəffər etsin. Bütün vətən xainlərini də hidayət vermirsə məhv etsin, həlak etsin.
(A9 TV; 23 yanvar 2018)
Afrin şəhidimizin şəhadəti mübarək olsun. Allah onu və ailəsini nə gözəl şərəflə şərəfləndirib. Nə xoşbəxt ona, nə xoşbəxt ailəsinə. Şəhadəti mübarək olsun. Bu böyük zəfərlərin ilk şəhididir. Allah digər aslanlarımızı qorusun, ordumuzu müzəffər etsin. Biz hər ölkənin ərazi bütövlüyünə hörmət göstəririk. Terror təşkilatı olan PKK ilə mübarizə var. Tayyib hocamın qətiyyətini və əzmini təqdir edirik. Qəlbi çox rahat olsun, millət olaraq onun yanındayıq.
(A9 TV; 23 yanvar 2018)
Romantiklikdə bağışlama, şəfqət, Allah lehinə olmaqla aradan qalxar. Daha da riskli olanı təcridetmə, içinə qapanma və ümidsizlik formalaşar. Ağıldan uzaqlaşılar. Romantiklikdən diqqətlə və israrla uzaq dayanmaq lazımdır.
(A9 TV; 22 yanvar 2018)
Cənnət əhli ən başdan bəri cənnət üçün yaradılır, səmimi olduğu zaman yollar ona açılır. İnsanlar səy göstərib bunu tapacaqlarını zənn edirlər. Halbuki təkcə səmimi olmaqla məsuldurlar. Səmimi olduğun zaman möcüzəvi şəkildə Allah heyrətamiz bərəkət və təsir gücü verər.
(A9 TV; 22 yanvar 2018)





