Türk ordusu çox mübarək ordudur. Hamısı alınları səcdədə Anadolu övladlarıdır. Tək istədikləri axirətdə cənnət və Allahın rizası, dünyada da xeyirli ömürdür.
(A9 TV; 24 yanvar 2018)
Hər işi yaradan Allahdır. Hər nə olsa Allah etdirər, biz müstəqil varlıqlar deyilik. Münafiq hücumu vardırsa, Allahın nəzarəti altındadır, küfr əhlinin hücumu vardırsa onu Allah yaradar, yaxud İngiltərə dərin dövlətinin yatan hüceyrələri oyandırsa, onları Allah oyandırır. Bizim edəcəyimiz şey ağıllı davranıb, Allaha təvəkkül etməkdir.
(A9 TV; 24 yanvar 2018)
Açıq şüurla, ağıllı insanın Allahı inkar etməsi qeyri-mümkündür.
(A9 TV; 24 yanvar 2018)
Cənnətdə müqəddəs kitablar, Quran, Tövrat, İncil və Zəbur orijinal və həqiqi halları ilə, ən çox sevdiyimiz nemətlər olaraq əbədiyyən yanımızda olacaqlar.
(A9 TV; 24 yanvar 2018)
Şeytan dini çətinləşdirmək istəyər. Lakin Allah dini asan etmişdir. Allah ayələrində; “Allah sizin üçün asanlıq istəyər, çətinlik istəməz” (Bəqərə Surəsi, 185). “Həmçinin səni asan olan üçün müvəffəq edəcəyik (Əla surəsi)”. “O sizi seçmiş və din məsələsində sizə heç bir çətinlik yükləməmişdir, atanız İbrahimin dinində olduğu kimi” deyə bildirir (Həcc surəsi, 78).
(A9 TV; 24 yanvar 2018)
Musa Özalkan şəhidimizin şəhadətini təbrik edirik. Allah bizə də şəhid olmağı nəsib etsin.
(A9 TV; 24 yanvar 2018)
Terrorun qəti mənada bitməsi elmi mübarizə ilə olar. Ən başdan darvinist, materialist təhsilə son qoyulub murdarlığın mənbəyi aradan qaldırılmalıdır.
(A9 TV; 24 yanvar 2018)
Allah ordumuza qüvvət versin, güc versin. Allah igidlərimizi qorusun. Sevgimiz, duamız onlarladır. Allah onları görür və eşidir. Taleləri gözəldir. Dəccaliyyət mütləq məğlub olacaq inşaAllah.
(A9 TV; 23 yanvar 2018)
Atatürk İmam Hatibləri açdıran, on minlərlə Quran çap etdirib Anadoluya paylatdıran, Quranı türkcəyə tərcümə etdirən, yanında həmişə Quran daşıyan, Dəyanəti qurduran, çoxsaylı məscid açdıran, İslama çox böyük xidmətləri olan nur kimi müsəlmandır.
(A9 TV; 23 yanvar 2018)
Vəfa, dostunu, yoldaşını heç bir şəraitdə tərk etməməkdir. Məsələn, sevdiyin insanın beldən aşağı nahiyəsi iflic olar. O insana 50 il vəfa göstərməlisən, 50 il özünə baxan kimi ona baxmalısan. Gecə-gündüz çalışmalısan, o pulu ona xərcləməlisən, könlünü almalısan, ən əsası onu xoşbəxt etməyə çalışmalısan. Sən ona kömək etməsən, Allah sənə niyə kömək etsin? Sən ona vəfa göstərməsən Allah sənə niyə vəfa göstərsin?
(A9 TV; 23 yanvar 2018)





