Lideri tənha qoymaq taktikası Osmanlıdan indiyə qədər gələn çirkin oyundur. Eyni oyunu bir müddətdir Tayyib hocama qarşı da tətbiq etmək istəyirlər. Tayyib hocamı və hökuməti, içəridə və çöldə ən təsirli olaraq müdafiə edənlərə müəyyən yolla mane olmağa çalışırlar. Eyni üsul Əbdülhəmid, Əbdüləziz, Menderesə də tətbiq olunmuşdu. İndi də; “baxın Ərdoğanı müdafiə edən heç kəs zəmanət altında deyil, siz də diqqətli olun” imici vermək istəyirlər. Digər tərəfdən də Tayyib hocamı hər kəsi nəzarətə aldıran, haşa haqq, hüquq tanımayan, qatı biri kimi göstərməyi hədəf seçirlər. Bu, İngiltərə dərin dövlətinin və piyadalarının ən əsas üsuludur. Xüsusən son dövrlərdə bu oyunu təşkil edən xüsusi struktur olduğu görünür. Bunların ortaq xüsusiyyəti İngiltərə dərin dövlətinə tərəfdar olmaları, qibtə edən xarakterə sahib olmaları, xalqın dəyərlərini bəyənməmələri və xalqa yuxarıdan-aşağı baxmaları, bütün bunlara baxmayaraq, xalq üçün ortaya çıxdıqlarını iddia etmələridir. Bunların bütün oyunlarını millət olaraq görürük və heç vaxt məqsədlərinə nail olmalarına qanunla, hüquqla icazə vermərik. Tayyib hocamın yanındayıq, heç vaxt tək qoymarıq.
(A9 TV; 25 yanvar 2018)
Türkiyədə fikir azadlığı olmadığı imicini formalaşdırmağa çalışanlar var. Bunların bir hissəsi Tayyib hocamın adından istifadə edərək insanlar üzərində təzyiq yaratmağa çalışırlar. Bunlara ən gözəl cavabı Tayyib hocam verdi, heç kim mənim adımdan istifadə etməsin dedi. Tayyib hocamı tək qoymağa cəhd edənlərə inad 2019-cu ildə də, 2023-cü ildə də, 2033-cü ildə də Tayyib hocamın yanında olacağıq, evelAllah.
(A9 TV; 24 yanvar 2018)
PKK-nın dini darvinizmdir. Lakin bəzi kütlələr özü də darvinist olduğu üçün PKK-nın bu batil dinindən bəhs edə bilmir. PKK-nın Marksist, Leninist, kommunist olmasına səbəb olan darvinizmdir. Darvinizm antik dövrlərdən gələn bütpərəst dindir. PKK da bu batil dinə sahibdir.
(A9 TV; 24 yanvar 2018)
İnsanın öncəliyi, önündən ayrıla bilmədiyi ekrandakı təsviri yaradanı düşünməkdir. Ekrandakı təsvirə bizim heç bir müdaxiləmiz yoxdur. Bu ekranda bizə düzgün, mükəmməl təfərrüatlara sahib təsvir seyr etdirən istədiyi anda bu təsviri kəsə bilər. Bu təsviri görən və qavrayan birinin olması Allahın mövcudluğunun açıq-aydın dəlilidir. İnsanın dünyadakı mövcudluq məqsədi Allahın mövcudluğunu, təkliyini və sevgisini düşünməkdir.
(A9 TV; 24 yanvar 2018)
Zənginlik istəyərik, İslama xidmət etmək üçün. Gözəl evlər istəyərik, müsəlmanlar gəlsinlər qəlbləri fərəhlənsin, əylənsinlər, şən yaşasınlar. Gözəl süfrələr olsun istəyərik, müsəlmanları ən yaxşı şəkildə qonaq qəbul etmək üçün. Dünyaya dair yeganə gözlədiyimiz Allah rizası üçün olar.
(A9 TV; 24 yanvar 2018)
Hörmətli Bahçelinin də gündəmə gətirdiyi kimi, “Qızıl Alma” dövlət fəlsəfəsidir. Əsrlərdir ki, millətimizin ruhunda var. Bu gözəl idealın mütləq reallaşdığını görəcəyik, Allahın icazəsi ilə.
(A9 TV; 24 yanvar 2018)
Rəbbim səni çox sevirəm, mənə ən dərin imanla səni sevməyi nəsib et. Məni eqoistlikdən xilas et, Sənin üçün yaşamağı nəsib et deyərək Allahdan sevgi istəmək lazımdır. Ey Rəbbim, məni insanlara sevdir, sevməyə layiq insanlarla qarşılaşdır deyə sevgini Allahdan istəmək lazımdır.
(A9 TV; 24 yanvar 2018)
Türkiyə kürdlərin əzilməsini istəmir. Türkiyə kürd qardaşlarımızın Stalinist təzyiq altına alınmasını istəmir. Buna görə də, böyük fədakarlıqla həm kürdləri, həm də bütün xalqları qorumağı öhdəsinə götürür.
(A9 TV; 24 yanvar 2018)
Atatürk mövhumatçılıq anlayışının yerinə, mükəmməl müsəlmanlıq anlayışını Türkiyəyə gətirdi. İlahiyyat fakültələrini açdırdı, Dəyanət İşləri Nazirliyini qurdu, Elmalılı Hamdi Yazıra Quran təfsir elətdirdi, xalqa on minlərlə, yüz minlərlə Quran tərcüməsi paylatdırdı.
(A9 TV; 24 yanvar 2018)
Türkiyə Suriyanın ərazi bütövlüyünü müdafiə edir. Torpaqlar Suriyanın torpağıdır, türk ordusu ora hüzur və təhlükəsizlik təmin etmək üçün gedir. PKK, İŞİD, Əl-Qaidə, bütün terror təşkilatlarını bölgədən təmizləmək üçün gedir. Ərazi ilhaqı (birləşdirilmə) olmadıqdan sonra belə hərəkat ibadətdir. Türkiyənin məqsədi təkcə oradakı xalqı rahat elətdirməkdir. Türkiyə hal-hazırda baş həkim mövqeyindədir, xəstədən şiş çıxarılır. Suriya bizim qardaşımızdır, dostumuzdur.
(A9 TV; 24 yanvar 2018)





