Cəhənnəm hər cür sıxıntının, narahatlığın yaşandığı yerdir. Allah qəlblərə qədər qalxan oddan bəhs edir. Mənəvi əzab çoxdur cəhənnəmdə.
(A9 TV; 20 may 2016)
Hz. Xızır istədiyi an istədiyi yerdə olur və istədiyi əşyanın formasına girir. Məhz bu, cənnətdə olan modeldir.
(A9 TV; 20 may 2016)
Möminlər cənnətdə ən çox Allahın təcəllisini görməkdən həzz alırlar. Heyrətamiz sevinc yaranır. Allah salam verdiyi zaman, möminlər zövqdən özlərini itirirlər.
(A9 TV; 20 may 2016)
Cənnətdə hər kəs gözəl əxlaqlıdır. Kin, qəzəb qətiyyən yoxdur. Qorxu yoxdur. Narahatlıq yoxdur, kədərlənmə yoxdur. Bunlar dünyada xüsusi olaraq verilib.
(A9 TV; 20 may 2016)
Cənnət sevgi yurdudur. Allah möminlərə, möminlər də Allaha sevgilərini ifadə edirlər. Allah möminləri sevdiyini söyləyir, möminlər də Allahı sevdiklərini söyləyirlər.
(A9 TV; 20 may 2016)
Cənnət sonsuza qədər bitməyən ziyafət yeridir. Sonsuza qədər xəstəlik, dərd, sıxıntı, heç nə yoxdur. Yuxu yoxdur, yorğunluq yoxdur. İstədiyin kimi gəzərsən. Təbii ki, Allahı yada salmaq vardır. Həmişə Allaha şükür etmək, Allahı yada salmaq vardır.
(A9 TV; 20 may 2016)
Cənnətdə dünyadakı bütün texniki cihazların ən təkmilləşmişi, ən mükəmməli var. Allah bunları da eyni sistemlə yaradır. Avtomobil, qayıq, təyyarə, hamısı var. İstəyən avtomobil yarışı keçirər, istəyən qayıq yarışı keçirər. Yəni insanların xoşladığı hər şey cənnətdə var.
(A9 TV; 20 may 2016)
İnsanlar cənnəti çox uzaqda zənn edirlər. Halbuki cənnət bir addımla keçiləcək qədər yaxındır.
(A9 TV; 20 may 2016)
Cənnət dünyanın daha mükəmməli, daha düzgünüdür. Çox yad olacağımız bir yer deyil.
(A9 TV; 20 may 2016)
Hüceyrə barəsində məlumatı olmayan bəzi insanlar təkamülün ola biləcəyini düşünür. Halbuki hüceyrəni, zülalın quruluşunu nəzərdən keçirsə, təkamülün texniki cəhətdən qeyri-mümkün olduğunu görər.
(A9 TV; 20 may 2016)





