Canlılar çox düzgün, diqqətli yaradılıb. Təkamül texniki cəhətdən qeyri-mümkündür. Mövcud olan hər şeydə ağlasığmaz riyazi mühəndislik var. Hüceyrədə, xromosomda nəfəs kəsən nizam var. Təsadüf belə şey edə bilməz.

(A9 TV; 20 may 2016)

Müsəlman əgər; “münafiqlərlə əlaqəli ayələr mənə xitab etmir” desə, harama girər. Oradakı ayələr bütün müsəlmanlara xitab edər. Münafiq onsuz da buna inanmır ki, ona təsir etsin. Mömin bundan təsirlənməlidir. Buna görə də, çoxsaylı münafiq ayələrini oxuyarkən müsəlman öz üstünə götürərək oxumalıdır.

(A9 TV; 19 may 2016)

Peyğəmbərimiz (s.ə.v) uşaq kimi gənc idi. Allah onu həmişə gənc saxladı, bununla münafiqləri, kafirləri qəzəbləndirdi. Həmişə zənginlik, bərəkət verdi. Çox gözəl xanımlar verdi. Münafiqlər də həsədlərindən daxilən yandı.

(A9 TV; 19 may 2016)

Münafiqlərə həmişə xəstəliklər, dərdlər gələr. Allah onları çürüdər, içlərini də yandırar. Möminlərə də bu şəfa kimi gələr. Münafiq mömini kədərləndirməyə çalışdıqca, mömin daha yaxşı hala gələr, daha sağlam, daha bərəkətli, daha zəngin olar.

(A9 TV; 19 may 2016)

Möminlərin sevincini, hüzurunu, şən olmasını aradan qaldırmaq münafiqin əsas məqsədidir. Bunu şeytanın təhriki ilə edər. Gecə-gündüz müsəlmanları gərgin, çətin bir mühitdə qoymaq istəyər ki, müsəlmanlar zəifləsin. Lakin məqsədinə nail ola bilməz, Allah bəlanı ona verər.

(A9 TV; 19 may 2016)

Münafiq Allaha qarşı qəzəblidir. Peyğəmbər (s.ə.v)-ə qarşı qəzəblidir. Peyğəmbər (s.ə.v)-i qısqanar, həsəd aparar. Allahın ona verdiyi nemətləri, imkanları onun əlindən almağa çalışar öz aləmində. Hüzurunu pozmağa çalışar, onu narahat etməyə çalışar. Öz aləmində qorxutmağa çalışar. Xəbər kanallarını bağlamağa çalışar. Tənqid etməsinə mane olmağa çalışar. Sevdikləriylə əlaqə yaratmasına mane olmağa çalışar. Hüzurlu yaşamasına mane olmağa çalışar.

(A9 TV; 19 may 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)