Münafiq cəhənnəmdə belə fitnə axtarır, həmişə narahatdır və heç vaxt Allaha sığınmaz. Allah o anarxist ruhunu, o dəli ruhunu, həmişə narahat olan ruhunu ən narahat halda tutar cəhənnəmdə. Mömin də dünyada rahat olduğu üçün, cənnətdə ən rahat halda yaşayır, heç narahatlıq yaşamaz.

(A9 TV; 23 may 2016)

Cənnət şərtləri möminə görədir. Münafiq də tam cəhənnəm əhlidir. Cəhənnəmdə həmişə narahatdır. Orada da yenə öz aləmində pislik edəcək mövzu tapır, onu oraya atmağa səbəb olan digər münafiqləri axtarır.

(A9 TV; 23 may 2016)

Allah yolunda mübarizədə fədakar olmalısan. Məsələn, əsgər ac, susuz olur, cınqırını çıxarmır, fitnə çıxartmır, lakin münafiq çıxardar. Münafiqin ən kiçik bir şeyə dözümü yoxdur. Hər şey onun dediyi kimi olsun istəyər. Mömin belə deyil, necə ortalıq sakitləşəcəksə, necə mühit hüzurlu olacaqsa ona görə hərəkət edər.

(A9 TV; 23 may 2016)

Münafiq üçün hər şey problemdir. Yola çıxması bir problemdir, yemək yeməsi bir problemdir, geyinməsi problemdir, həyatı özünə zəhər edər. Möminlərə də bu pisliyi bulaşdırmağa çalışar.

(A9 TV; 23 may 2016)

Mömin həlim olur, sakit, itaətkar və mehriban olur. Öz mənfəətini düşünmür. Məsələn, istidə də döyüşə gedə bilir və ya İslama xidmət edə bilir. Hava istidir demir. Sıxılsa da demir. Lakin münafiq deyər.

(A9 TV; 23 may 2016)

İngiltərə dərin dövləti olduqca zavallı təşkilatdır. Yəni zavallının zavallısıdır. Şeytan olduqca gücsüz varlıqdır. Heç birini gözdə böyütməyə ehtiyac yoxdur. Gözdə böyüdüləcək olan, böyük olan, ən böyük olan, sonsuz böyük olan Allahdır.

(A9 TV; 22 may 2016)

Allah insanların böyük hissəsini çirkin yaradır, bəzilərini qısa boylu yaradır, bəzilərini artıq çəkili yaradır. Bu, insanların azmasına mane olar. Çox gözəl insan nadir olur, onlarda da bir çox xəstəlik, dərd olur. Ən gözəl insanın belə ömrü çox qısa olur. Yəni böyük imtahan mühiti var və bu mükəmməl işləyir.

(A9 TV; 22 may 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)