Münafiqdən narahat olmaq yersizdir. Münafiq Allahın aciz bir quludur, Allah yaradar onu. Kafirdən də narahat olmağa ehtiyac yoxdur, kafirin heç bir gücü yoxdur. Güc sahibi olan Allahdır.

(A9 TV; 22 may 2016)

İnsanlar Allaha qarşı dürüst olmasalar Allahın rahatlıq verməyəcəyi bəllidir. Allaha müqavimət göstərirlər, müqavimət göstərdikcə də Allah əzir. Halbuki Allaha müqavimət göstərməsələr Allah əzməz, çox rahat olarlar. Bəziləri özlərini çox ağıllı zənn edir. Haşa Allahla döyüşdüyünü zənn edir. Halbuki Allah üçün onlar heç nədir.

(A9 TV; 22 may 2016)

Türkiyə sağlam düşüncəli, ağıllı insanların olduğu bir ölkədir. Dünyaya sevgini, mərhəməti öyrədəcək bir şəfqət müəllimidir millətimiz. Dostluq, qardaşlıq, yoldaşlıq müəllimidir. Bizim adət və ənənələrimiz də gözəldir. Sevgimiz də gözəldir. Dünyanın ruhunu boşaltdılar, Türkiyə mehdiyyət liderliyində bu ruhu dolduracaq.

(A9 TV; 22 may 2016)

Anadolu Nuhun gəmisi kimidir. Kasıb, fağırlar, qəriblər, əzilənlər, döyüşdən qaçanlar həmişə Türkiyəyə sığınırlar, eynilə Nuhun gəmisi kimi. Bütün dünyanın fağırları, məzlumları, kömək istəyənlər Türkiyəyə sığınırlar.

(A9 TV; 22 may 2016)

Hər musiqini yaradan Allahdır. Sənətkar özü yaratdığını zənn edər, yaradan Allahdır. Musiqidən həzz almağı yaradan da Allahdır. Musiqini eşidib dəhşətə gələ bilərdik Allah qorusun, çox iztirab verə bilərdi, çox narahat edici bir səs kimi gələ bilərdi, lakin Allah xoşumuza gələcək şəkildə yaratmışdır.

(A9 TV; 22 may 2016)

Şeytanla vuruşmaq iman əhli üçün çox asandır. Çünki iman əhli metafizik bir varlıqdır. Həqiqi iman gətirənlər, layiqincə iman gətirənlər metafizikdirlər. Şeytanın ən qorxduğu insanlardır. Həqiqətən imanlı insanlar mələk kimidirlər.

(A9 TV; 22 may 2016)

Şeytanın insanları tanıma xüsusiyyəti var. Zəkalıdır, lakin zəifdir, xəstə, qürurlu, psixopat, özünü bəyənmiş, dəyişkən, cəmiyyət mikrobu tipləri şeytan tanıyar, gedib seçər. Aralarında əlaqə də yaradar.

(A9 TV; 22 may 2016)

İnsan cəhənnəmə əzabını özü gətirir. Özünü yandıracaq əzabı ora özü gətirir. Dünyadakı bütün sıxıntısı onunla birlikdə ora gedir. O sıxılma, qorxma, narahat olma, əzab çəkmə xüsusiyyətini. Allah bunu cənnətdə möminlərin üstündən qaldırır, lakin küfrün üstündən qaldırmır. Öz oduyla ora gedir. O öz oduyla orada yanır.

(A9 TV; 20 may 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)