Münafiqlərlə əlaqədar ayələr möminə təsir edər. Bu insana təsir edirsə, o, münafiq ola bilməz. Lakin münafiq bu ayələrə gülər, bu ona heç təsir etməz. Vecinə də almaz, azğınlığı, şeytanlığı daha da artar. Təcavüzkarlığı, kini daha da artar.

(A9 TV; 23 may 2016)

İman, ağıl, əlində də Quran; dünya belə bir insanın öhdəsindən gələ bilməz. Ən mühüm məsələ səmimi iman gətirmək, səmimi surətdə Allahı sevmək, səmimi surətdə Allahdan qorxmaqdır. Bunun üçün də, elə ədabazlıq edərək, hiyləgərlik edərək, söz güləşdirərək, söz ataraq İslamı hakim etmək mümkün olmaz.

(A9 TV; 23 may 2016)

İslamı ağılla, dərin imanla anlatmaq olar. Peyğəmbərimiz (s.ə.v) universitet məzunu deyildi. Əlində təkcə Quran vardı. Çox səmimi imanlıydı, buna görə də, çox təsir göstərdi. İmanı və ağlı ilə təsir göstərdi.

(A9 TV; 23 may 2016)

Münafiq müsəlmanların yanında müvəqqəti qalar. Özünü təhlükəsizlikdə hiss etməz. Çünki müsəlmanlara düşmən olduğu üçün, kinli olduğu üçün, nifrət etdiyi üçün müsəlmanlardan özünü təhlükəsizlikdə hiss etməz. Küfrdə özünə yer axtarar.

(A9 TV; 23 may 2016)

Quranda, münafiqlər möminləri ağılsızlıqla ittiham edirlər. Münafiq özü anarxist ruhlu olduğundan, onu üstün görür. Möminin itaətkar olmasına da heyrətlənir; “o ağılsızlar kimi mi iman gətirəcəyəm?” deyir. Halbuki itaətkar olmaq, həlim xasiyyətli olmaq, həlim olmaq gözəldir.

(A9 TV; 23 may 2016)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)