Münafiqlərin hər söhbəti fitnə qoxar, həmişə pislikdir. Həmişə lovğadırlar. Peyğəmbərin ağlına, qabiliyyətinə, gücünə, imkanlarına, müvəffəqiyyətinə həmişə həsəd gözüylə yaxınlaşıblar. Bu həsədlə öz aləmlərində həmişə badalaq qurmağa çalışıblar, hər dəfə də özləri rəzil-rüsvay olublar.
(A9 TV; 26 may 2016)
Münafiqlər Peyğəmbər (s.ə.v)-ə qarşı həmişə zəka ilə yaxınlaşmağa çalışdılar. Peyğəmbərimiz (s.ə.v) ağlıyla üstün gələrək onları hər dəfə rəzil-rüsvay etdi.
(A9 TV; 26 may 2016)
Rusiya ilə aranı düzəldək. Rus millətiylə, Rusiya dövləti ilə bütünləşib qardaş olaq, dost olaq. Rus xalqı məzlumdur, tərbiyəlidir, hörmətlidir, təvazökardır, mehribandır, gözəl insanlardır. Rusiya dərin dövlətinin verdiyi zərərlərə qarşı birlikdə tədbir alaq.
(A9 TV; 26 may 2016)
Münafiqlər hər dövrdə müsəlmanların başını bəlaya salmışdır. Liviyada, Suriyada və İraqda da küfrlə əməkdaşlıq edərək müsəlmanları məhv etdilər. Hələ də davam edirlər. Misirdə çevrilişin baş tutmasını təmin edənlər də münafiqlərdir. Müsəlmanları bir-birinə qırdıranlar yenə münafiqlərdir. Liviyadakı hadisələrin təməlində də yenə münafiqlər var.
(A9 TV; 25 may 2016)
İslam aləminin əzilməsinin səbəbi münafiqlərdir. Məzlum müsəlmanları küfrlə ittifaq yaradaraq əzirlər. Münafiqlər müsəlmanların yerlərini söyləyirlər, müsəlmanların bombalanmasını təmin edirlər. Müsəlmanların əleyhinə küfrü, zalımları təşviq edirlər.
(A9 TV; 25 may 2016)
İngiltərə dərin dövlətinin bütün gücü münafiqlərə əsaslanır. Münafiqlər olmadıqda addım ata bilməzlər.
(A9 TV; 25 may 2016)
Nəfsi ən ağır günahlarla ittiham etmək lazımdır. Münafiqliklə ittiham etməlisən, səhvlərlə ittiham etməlisən, dəlalətlə ittiham etməlisən. “Hər cür səhvi edə bilərsən” deyə nəfsə həmişə məlumat getməlidir ki, nəfs azğınlaşmasın, müsəlmanın tərsinə hərəkət etməsin.
(A9 TV; 25 may 2016)
Münafiq ayələrini həmişə möminlərə danışırıq. Mömin öz üstünə götürməsə bu münafiq əlaməti olar. Əgər götürsə bu da mömin əlamətidir. Çünki müsəlman nəfsini təmizə çıxartmaz. Nəfs həmişə pisliyi əmr edəndir.
(A9 TV; 25 may 2016)
Münafiq, müsəlmanların çətin vəziyyətə düşməsini, hər cəhətdən müsəlmanların çökməsini gözləyər. Güclü olarkən hücum etməz. Necə ki, belə vəhşi heyvanlar hücum üçün zəif anı gözləyər, münafiq də zəif anı gözləyər ki, hücum edə bilsin. Bunun üçün dəstəsini də hazırlayar.
(A9 TV; 25 may 2016)
Münafiqlər, müsəlmanların bəlaya uğramasını xainliklə gözləyirlər. Münafiqlər üçün, çətin zamanda vurmaq əsasdır.
(A9 TV; 25 may 2016)





