Özünü böyük hesab etmək, lovğalanmaq, özünü tərifləyərkən də qarşısındakını vicdan yaxud mərhəmət tərəfini az göstərmək münafiqin xüsusiyyətidir. Özünü həmişə zərər çəkmiş kimi göstərər, mömini də insanları incidən kimi göstərər. Belə əxlaqsızlığı vardır.
(A9 TV; 26 may 2016)
İslamı yaxşı tanıyan biri həlim olmağın gözəlliyini bilər. Hz. İsa Məsih həlimdi. Hz. İbrahim (ə.s) həlimdi, Allah həlimliyini tərifləmişdir. Yəhya (ə.s) həlim övlad idi. Peyğəmbərimiz Rəsulullah (s.ə.v) həlim insan idi. Mömin həlim olmalıdır.
(A9 TV; 26 may 2016)
Gənclərin çox böyük hissəsi asiliyə, ədabazlığa qibtə edir. Bu cür olmaz. Hörmətkar, həlim, təmiz olmalıdır. Qəlbə, ruha bunlar rahatlıq bəxş edər. Ədabazlıq, inadkarlıqlar, asilik, anarxist düşüncə, bunlar çirkin və xoşagəlməz şeylərdir, çox narahat edicidir.
(A9 TV; 26 may 2016)
Münafiqlərə, küfr əhlinə aid olan ayələr əslində möminlərə aiddir. Bu ayələr küfr əhlinə və münafiqlərə təsir göstərməz. Möminə təsir edər. Möminin qəlbində dərin təsir meydana gətirər, imanını artırar. Münafiqin də kinini və qəzəbini daha da artırar. Mömin özünü düzəldər, kafir və münafiq daha betər hala gələr; daha hiyləgər, daha azğın olar, daha qəlbi qaralar.
(A9 TV; 26 may 2016)
Münafiqlərə aid ayələr, iman gətirənlərin qəlbində dərin təsir meydana gətirər, qəlbləri yumşalar. Münafiqlərin isə daxilən kinini və nifrətini artırar.
(A9 TV; 26 may 2016)
Münafiqlər həmişə ölüm qorxusu, yaşlanma qorxusu və xəstələnmə qorxusu içərisindədirlər. Ölümdən nifrət edər, həmişə bu dəhşəti yaşayarlar.
(A9 TV; 26 may 2016)
Cəhənnəm vəhşi, dəli heyvan kimidir. Həmişə əzmək, yandırmaq, dağıtmaq, əzab vermək istəyər. Küfr əhlinə qarşı, münafiqlərə qarşı təcavüzkardır.
(A9 TV; 26 may 2016)
Münafiqin üzünə pis, iyrənc ifadə verilər. Sifətində lənət bir ifadə olar. Ayədə; “Qaşlarını çatdı” deyir Allah; donuq, qaraqabaq sifəti var. Bu Allahın ona olan möhürüdür.
(A9 TV; 26 may 2016)
Münafiqlərin üzü çox bərbaddır. Bitkin, donuqdur. Şeytanla əlaqədə olduqları üçün sanki kükürd qoxar onlar. Görünüşləri şizofrenikdir.
(A9 TV; 26 may 2016)
Münafiq axmaq məxluqdur. Allah ağlını almışdır. Allah onu həmişə alçaldar. Lakin o ağılsız başıyla hələ də Peyğəmbərə, möminlərə zərər vermək üçün, bir fürsət çıxacaqmı deyə gözləyər. Hər dəfə rəzil olar, yenə gözləyər, yenə rəzil olar, yenə gözləyər.
(A9 TV; 26 may 2016)





