Münafiq və kafir oxuduğu kitablardan öyrəndiyini zənn edər. Cəhalət düşüncəsi ilə baxan Allahın öyrətdiyinə inanmaz. Məlumatı Allahın verdiyinə inanmaz. Həmçinin cahil elmə əsas elm gözüylə baxar. Halbuki müsəlmanları maraqlandıran əsil elm Qurandakı elmdir.
(A9 TV; 25 may 2016)
Allah dərin imana baxar, Onu çox sevirmi, sevmirmi? Dərin imanla iman edirmi, etmirmi? Təkcə buna baxar. Bu varsa tamamdır, başqa şeyə ehtiyac yoxdur.
(A9 TV; 25 may 2016)
İman, dərin iman bütün məsələ budur. Yoxsa çoxbilmişlik etmək, çox dünyagörüşlü olmaq, səkkiz dil bilmək, bütün ziyalı dünyagörüşünü su kimi əzbərdən oxumaq, izah etmək sıfırdır. Hətta bu insanlara xoş gəlməz, qəzəbləndirər. İnsanlar hikmət insanlarını sevər, dərin insanları sevər, dərin imanlı səmimi insanları sevərlər.
(A9 TV; 25 may 2016)
Bəzi müsəlmanların; “(Mehdini) gözləməyə ehtiyac yoxdur” demələri yanlışdır. Mehdi (ə.s)-ın gözlənilməsi sevgi ifadəsidir.
(A9 TV; 25 may 2016)
Səmimiyyət çox mühümdür. Yoxsa səhərə kimi də danışarıq, heç nə olmaz. İxlasla izah edilən on dəqiqəlik bir izahat bütün dünyanı sarsıdar.
(A9 TV; 25 may 2016)
İslamın hakim olmasını istəyən, çox dərin imanlı olmalıdır. Çox ixlaslı və səmimi olmalıdır, heyrətamiz dərəcədə dərinləşməlidir. Allahın onu izlədiyini bilməlidir. Allahın hadisələri necə meydana gətirdiyini də izləməlidir.
(A9 TV; 25 may 2016)
Müsəlman son dərəcə həlim olmalıdır. Əziyyətə səbir edən, çətinliklərə səbir edən, acıya səbir edən olmalıdır. Zəiflik və kədərlənmə haqqul-yakin imanda olmaz.
(A9 TV; 25 may 2016)
Dərin imanlı çox az sayı olan bir cəmiyyət olsa, İslam dünyaya dərhal hakim olar. Bütün məsələ dərin imandadır. Allah insanların səyindən asılı etmir, insanların imanından, səmimiyyətindən asılı edir.
(A9 TV; 25 may 2016)
Allah bir ölkədə iman gətirən biri olduqda onu dərhal görər. Çünki Özü yaradır. Həmçinin hadisələr həmişə o insanın ətrafında ona görə meydana gələr. Allahın ən çox əhəmiyyət verdiyi dərin imandır, çox səy göstərmək deyil.
(A9 TV; 25 may 2016)
İngiltərə dərin dövləti bir çox döyüşdə Amerika ordusundan istifadə edir. Amerika ordusu isə dünyada intihar nisbətinin ən yüksək olduğu ordudur.
(A9 TV; 24 may 2016)





