Allah tərəfdarlarını, Allah hiss etdirmədən qoruyar. Allah düşmənlərini də, Allah hiss etdirmədən əzər. Bu hiss etdirməmə heyrətamiz sənətdir. Bu hiss etdirmədən ötrü imtahanın sistemi oturur.
(A9 TV; 27 may 2016)
İnsanlarda ağıl az olub, zəka çox ola bilər. Dünyagörüşü, bilik çox olur, ətrafı, imkanları geniş olur. Lakin Allahı anlama və Allaha hörmət bəsləmə, Allahı sevmə gücü yüksək vicdan sahiblərində ola bilir.
(A9 TV; 27 may 2016)
Münafiqin xüsusiyyətidir, ətrafındakıları pisləyər, özünü ucaldar. Hər kəsi pisləmə xüsusiyyəti var.
(A9 TV; 27 may 2016)
Münafiq yarım dəli kimidir, yəni ağlı yox olmuş məxluqdur. Nəfsinə təslim olmuş heyvan kimidir. Düşüncəsiz, mərifətsiz, qanacaqsızdır. Lakin özünü çox zəkalı, ağıllı zənn edər.
(A9 TV; 27 may 2016)
Münafiq həmişə vicdan adından, dürüstlük adından çıxış edər. Soruşanda; “mən ikiüzlü deyiləm, içimdən keçəni söyləyirəm” deyər. Halbuki əxlaqsızlıq edir. Nəzakət deyilən bir şey var, münafiq odun kimidir.
(A9 TV; 27 may 2016)
Münafiq çox düşüncəsiz olar. Nəzakət nədir bilməz, ədəb nədir bilməz, kütdür. Quran ayələrinə diqqət yetirsəniz ağıllarına gələn ilk şeyi söyləyirlər. Şeytanın ilk fısıltısını söyləyər münafiq.
(A9 TV; 27 may 2016)
Münafiq çox ağıllı və məlumat sahibi olduğunu iddia edər, halbuki çox düşüncəsiz, ağılsız və kobuddur.
(A9 TV; 27 may 2016)
Mömini gücləndirən münafiqlərdir. Yoxsa möminin cənnətdəki mövqeyi yüksəlmir. Münafiqin ədəbsizlikləri, oyunları, hiyləgərlikləri, namərdlikləri, xainlikləri olmasa möminin mövqeyi müəyyən qədər arta bilər. Lakin münafiqlə çox yüksələr. Kafirlə bir yüksəlirsə münafiqlə milyon dəfə yüksələr. Çünki münafiq daha çox şiddətlidir.
(A9 TV; 27 may 2016)
Münafiqlərin ən böyük əxlaqsızlıqlarından biri, peyğəmbəri haşa ədalətsiz göstərməkdir. Münafiqdə həmişə üsyan ruhu vardır, şeytani düşüncə vardır.
(A9 TV; 27 may 2016)
Münafiqlərin fitnələrinin Quran ayələriylə ifşa edilməsi onların zərərsizləşməsini təmin edər. Möminlər bunu mütləq etməlidir.
(A9 TV; 27 may 2016)





