Münafiq möminə güc verər, çeviklik verər, üfüq genişliyi verər. Başqa cür olduqda, mömində miskinlik olar, zəiflik olar.
(A9 TV; 25 may 2016)
Münafiq möminin çox gözüaçıq, diqqətli və çox etinalı olmasını təmin edər. Üfqünü açar. Mömin necə mübarizə aparacağını daha yaxşı görər, riski daha yaxşı qavrayar. İslamın, Quranın qiymətini daha yaxşı anlayar. Müsəlmanlara olan sevgisi daha artar.
(A9 TV; 25 may 2016)
Mömin vəlayət məqamını münafiqlər sayəsində alar. Peyğəmbərlərin dərəcələri münafiqlərə səbir və onlarla mübarizə sayəsində yüksələr. Zehni açar münafiq, mübarizə əzmini artırar, şövqü artırar, müsəlmanın çox diqqətli və gözüaçıq olmasını təmin edər.
(A9 TV; 25 may 2016)
Peyğəmbərimiz (s.ə.v) həmişə gözəl danışırdı, həmişə təvazökar davranırdı. Münafiqlər də həmişə lovğalıqla cavab verirdi, təkəbbür ardınca qaçırdılar.
(A9 TV; 25 may 2016)
Həya mömində olar, münafiqdə həya olmaz. Olduqca arsız və utanmazdır. Mömində xəcalət hissi var, həya var. Münafiqdə insani heç bir incəlik və ifadə olmaz. Sifətində, davranışında heyvani ifadə olar.
(A9 TV; 25 may 2016)
Münafiqin hədəfi həmişə boşdur. Boş düşüncələrlə, boş məlumatlarla məşğul olar, boş şeyləri oxuyar, təqib edər, sonunda da cəhənnəmin dibinə düşər. Mömin həmişə hikməti, əsas olanı, həqiqi məlumatı axtarar. Quranla uyğun olan məlumatı axtarar.
(A9 TV; 25 may 2016)
Bir elm Qurana əsaslanmırsa elm deyil, o, heç nə deyil. Quran onu təsdiq etmirsə, o elm deyil.
(A9 TV; 25 may 2016)
Münafiq həyasız, əxlaqsız, şərəfsiz olduğu üçün möminlərin özünə bənzəməməsi onu qəzəbləndirər. Həmçinin müsəlmanlardan buna görə nifrət edər. Onları həmişə ağılsız görər, özünü çox ağıllı görər. Bu, şeytandan aldığı ilhamdan qaynaqlanar.
(A9 TV; 25 may 2016)
Münafiq özünü yüksək gördüyü üçün, möminləri ağılsız və zəif imanlı zənn edir. Möminlərin asi olmaması, həyasız olmaması, təcavüzkar olmaması, oyunbaz və ya yalançı olmaması münafiqə qəribə gələr.
(A9 TV; 25 may 2016)
Bizim inancımıza görə Quranla uyğun gələn elm, elmdir. Quranın dəstəklədiyi elm, elmdir. Qurana zidd olan elm müsəlman üçün etibarlı deyil.
(A9 TV; 25 may 2016)





