Terroru və PKK-nı aradan qaldırmaq üçün ən mühüm məsələ darvinist təhsilin dərhal dayandırılmasıdır. Orta məktəb və liseydən etibarən darvinist, materialist təhsil alan gənclərə bunun əvəzinə Allahın mövcudluğu, təkliyi və darvinizmin elmi dəlillərlə əsassızlığından bəhs edilməlidir. Gənclər orta məktəbdən etibarən əcdadlarının meymun olduğu, ilk əcdadlarının kommunal cəmiyyətlərdə yaşadığı şəklində elmə zidd təhsil alır. Bu təlqinlə yetişən insanları “terror, anarxiya, tezis, antitezis münaqişəsi”dir deyə yola gətirmək PKK üçün asan olur. Bu gəncləri elmlə, inandırma və təlqinlə tərbiyə etməliyik. Onlardakı bu təxribatı, təkcə belə yox edə bilərik. Dəccaliyyət darvinizmdən istifadə edir, bizim də buna qarşı antidarvinist təhsilə ehtiyacımız var. Darvinizmə qarşı Quran möcüzələrindən, iman həqiqətlərindən kitablarla, jurnallarla, konfranslarla həmişə bəhs edilməsi lazımdır. Türkiyənin dəccaliyyətə müqavimət göstərməsi təkcə Quranla olar.
(A9 TV; 7 fevral 2018)
Mənim həyatdakı məqsədim Allahın rizası, rəhməti, cənnətidir. Hamısından üstün Allahın rizasıdır. Allahın məni sevməsi, mənim də Allahı ən çox sevməyimdir.
(A9 TV; 6 fevral 2018)
Bütün müsəlman aləmində hal-hazırda sel kimi qan axır. Halbuki müsəlmanların bir rəhbəri olsa bu gün, bu saat zülm bitər.
(A9 TV; 6 fevral 2018)
İnsan Quran oxuyarkən diqqətini Allaha çox yaxşı cəmləməlidir. Quran oxunmadan əvvəl şeytandan Allaha sığınılmasını Allah istəyir, beləliklə, insanın ağlı daha açıq olar, Quranı daha yaxşı başa düşər, daha güclü qavrama qabiliyyəti olar.
(A9 TV; 6 fevral 2018)
Allah yolundakı qətiyyətimin ən böyük səbəbi Allaha olan inancım və sevgimdir. Dünyada Allahdan başqa diqqət yönəldiləcək başqa heç bir məsələ yoxdur. Həyatı Onun üçün yaşamaq, Onun üçün sevmək və Onun üçün səy göstərmək lazımdır.
(A9 TV; 6 fevral 2018)
Dövrümüzdəki münafiqlər də, keçmiş münafiqlər də tam şeytanın insan halına düşmüş formasıdır. Dövrümüzdəki münafiqlər də var gücləri ilə hz. Mehdinin zühuruna, hz. İsanın gəlişinə mane olmağa çalışırlar, amma baxın görəcəksiniz rəzil-rüsvay olacaqlar.
(A9 TV; 6 fevral 2018)
Münafiqin ruhu olmadığı üçün heyvani instinktlə hərəkət edər. Münafiqlər Peyğəmbərimiz (s.ə.v) dövründə Peyğəmbərimiz (s.ə.v)-in vəfatını gözləyirdilər. Peyğəmbərimiz (s.ə.v)-in vəfat edəcəyini, bütün mallarının onlara qalacağını, yeyib-içib, yatacaqlarını Peyğəmbərimiz (s.ə.v)-dən qalan mallardan istifadə edəcəklərini zənn edirdilər. Lakin Peyğəmbərimiz (s.ə.v)-in getdikcə gəncləşdiyini, gözəlləşdiyini, sağlam olduğunu özlərinin də eşşək kimi çalışıb, xidmət etdiklərini və yaşlandıqlarını, bütün güclərini itirdiklərini gördükləri zaman sanki dəliyə döndülər.
(A9 TV; 6 fevral 2018)
İnsanlar önümüzdəki illərdə çoxlu möcüzə ilə qarşılaşacaqlar. Bu vəziyyət həmin dövrdə yaşayan gənclər üçün çox böyük nemətdir. Hz. İsa və hz. Mehdini görəcəklər, müqəddəs sandıq tapılacaq, müqəddəs əmanətləri görəcəklər, Kəbənin altındakı xəzinələr üzə çıxacaq, Nəmrudun məzarı açılacaq və orada bütün gizli məlumatlar ortaya çıxacaq, Misirin bütün sirləri açıqlanacaq. Ağlın ixtiyarı yox olmayacaq, lakin 3-5-10 ilə çox möcüzəvi hadisələr olacaq.
(A9 TV; 6 fevral 2018)
Allah cəhənnəm əhlini ibrət olsun deyə dünyaya göndərir. Onların da mövcudluğu mühümdür, çünki onları görən möminlər imanlarının dəyərini anlayır, Allaha olan yaxınlıqları artır. Cəhənnəm əhlinin ruhu yoxdur, ölüdürlər. Allah onları insanlara göstərsə insanlar qorxudan küçəyə çıxa bilməzlər, lakin Allah onları bəlli etmir.
(A9 TV; 6 fevral 2018)
Atatürk, türk millətinə Allahın lütfüdür. Atatürk olmasaydı Türkiyədə belə ziyalı quruluş olmazdı, çoxdan dağılıb parçalanardıq, assimilyasiya olardıq. Atatürk mükəmməl gəncliyin formalaşmasına vəsilə oldu. Milli ordu yaratdı, milli məclis yaratdı. İlahiyyat fakültələri, Dəyanət İşləri Nazirliyi, imam hatiblər vəsiləsi ilə mövhumatçıların yaratdığı dağınıq İslam anlayışını nizamlı, Qurana uyğun hala gətirdi. Özü də çox yaxşı, keyfiyyətli, mükəmməl insan idi. Dağılmaq üzrə olan dövləti müasir ölkə etdi.
(A9 TV; 6 fevral 2018)





