Hz. İsanın imanı çox güclüdür. İnsanlara nümunə olacaq imanı vardır. Danışıqlarından, halından imanının dərinliyi anlaşılar. Üzü çox təmizdir. Heybətindən peyğəmbərliyi dərhal görünər. Baxışları, üzü peyğəmbər dərinliyinə malikdir. Zəkası çox güclüdür. İsa Məsih həm Tövrat, həm İncil, həm də Quran hafizidir. Ultramüasir dəliqanlı olacaqdır. Təvazökar və məzlum insandır. Normal insanlardan çox üstün ağlı və dərinliyi var. Mehdiyə vəzir olaraq dünyaya gələcəkdir.

(A9 TV; 10 fevral 2018)

İnsanların çoxu bir-birinə güvənə bilmədikləri üçün bir-birilərini heç vaxt səmimi sevə bilmirlər. Sadəcə küsməyi bacarırlar. Ağıllı insanı axtarmaq lazımdır. Ağıllı, Allahdan qorxan, eqoist olmayan insanı tapıb onunla dost olmaq əhəmiyyətlidir. Həqiqətən sevməyi bacaran insan azdır, o insanı tapanda buraxılmaz.

(A9 TV; 9 fevral 2018)

Münafiq özünü nəzarətsiz zənn edər. Ağılsız olduğu üçün hər şeyi edənin Allah olduğunu, atdığı hər addımın taledə olduğunu qavraya bilməz. İstədiyi kimi hiyləgərlik etdiyini zənn edərkən əslində Allah onları alçaldılmağın içinə sürükləyər, lakin bunu görə bilməz. Həmişə rüsvay olar, həmişə alçaldılaraq yaşayar.

(A9 TV; 9 fevral 2018)

Biz sadəcə səmimi olmaqla məsuluq. Bir gəmidə səyahət edən kimiyik. Gəmidə nə etsək də gəmi gedər. Tale qətiyyən dəyişməz. Allahın təqdir etdiyi şəkildə gedər.

(A9 TV; 9 fevral 2018)

Türkiyə demokratik ölkədir. Dövlətimiz sağlamdüşüncəli və ağıllıdır. Bəzi kütlələrdə 28 fevral dövrünün zehniyyəti hələ də qalır. Hay-küylə, demaqoqluqla, təzyiqlə nəticə alınacağını zənn edirlər. İnsanları hay-küylə tərbiyə etməyə çalışmaq səmimi rəftar olmaz. Əgər səhv gördüyün bir şey vardırsa, Quranla xəbərdar edərsən. Müsəlmana Quran təsir edər. Quranla xəbərdar etsən həmin an səhvindən dönər. İsrarla susduraq, qadağan edək demək doğru rəftar olmaz.

(A9 TV; 9 fevral 2018)

Cəmiyyətin birliyi əhəmiyyətlidir. Müxalifət olacaq, tənqidlərini hər kəs dilə gətirəcək, qarşı tərəf də tənqidlərə cavab verəcək, bunların hamısı təbiidir. Lakin Türkiyənin belə çətin dövründə qardaşlıq ruhunu zədələməmək üçün zəhmət çəkmək mühüm məsələdir. Buna görə də, mümkün olduğu qədər üslubu sakit saxlamaq, təmkinli olmaq lazımdır.

(A9 TV; 9 fevral 2018)

Darvinist təhsil çox böyük xətadır, faciədir. Darvinizm Allahın inkar edilməsidir. PKK-nın fəlsəfi təməlini darvinist təhsil formalaşdırır. Bunun çox israrla vurğulanması və bu təhlükənin tezliklə görülməsi çox əhəmiyyətlidir. Valideynlərin həm Təhsil Nazirliyinə, həm də Təlim Tərbiyə Qurumuna darvinizmin tezliklə tədris planından çıxarılması üçün müraciət etmələri lazımdır.

(A9 TV; 8 fevral 2018)

Atatürkün dəyərinin tam bilinəcəyi kimi, Atatürkü yenidən gənclərə tanıdacaq əsaslı proqram hazırlanmalıdır. Atatürkün dəyəri gənclər tərəfindən yaxşı bilinsin. Atatürk tam dəliqanlı, ingilis tərbiyəsi ilə Osmanlı saray ədəbi və saray alicənablığının birlikdə olduğu çox ideal liderdir. Atatürkün bütün paltarları çox yaraşıqlıdır, hər danışığı olduqca nəzakətli və çox gözəldir. Atatürk çox ağıllı, çox məqsədəuyğun insandır. Allah Atatürkü türk millətinə nemət olaraq göndərmişdir. Atatürkün keyfiyyəti türk gəncliyinə qazandırılmış olsa, Avropanın ən mükəmməl ölkəsi olarıq. Atatürkü bundan sonra həmişə gündəmdə saxlayaq, ideal türk insanı olaraq çox yaxşı zehinlərə yerləşdirək.

(A9 TV; 8 fevral 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)