Bizim yaxşı cəhətimiz mühafizəkar təbəqə ilə dünyəvi təbəqəni uzlaşdıran anlayışımız olmasıdır. İki təbəqə arasında əlaqə olmaması, cəmiyyəti parçalamaq, ayırmaq istəyənlər tərəfindən istifadə edilə bilir. Keçmişdə bunun bir çox nümunəsi yaşandı. Bir daha bənzər hadisələrin baş verməməsi üçün bizim fəaliyyətlərimiz, işlərimiz çox əhəmiyyətlidir. İki təbəqə də bu vətənin insanıdır, iki təbəqə də dəyərlidir. Qatı anlayış olduğu zaman mühafizəkar təbəqənin sahil bölgələrində yaşayan xalq ilə, dünyəvi insanlarla əlaqə qurması qeyri-mümkün olur. İki tərəf də öz içində yaşayır. Biz Quranın demokratiya, dünyəvilik və azadlığı gətirdiyindən bəhs etdiyimiz zaman hər iki tərəfin ön mühakimələrini aradan qaldırmış oluruq. Lakin bəzi mövhumatçılar cəmiyyəti parçalamaq məsələsində qətiyyətli kimi görünür, biz də bunu düzəltməyə çalışırıq. Qardaşcasına birlikdə sevgiylə yaşayacağıq inşaAllah.

(A9 TV; 8 fevral 2018)

Bəzi insanlar hər vəziyyəti qəzəblənərək, küsərək, inciyərək həll etməyə çalışırlar. Buna görə də, ətraflarında heç kim olmur. Halbuki bağışlayan, şəfqətli, mərhəmətli, anlayışlı olmaları, hər hadisəni Allahın yaratdığını bilərək davranmaları lazımdır. Halbuki dost və yoldaş sahibi olmaları çox çətin olar və xoşbəxt ola bilməzlər, sevgini davam etdirə bilməzlər.

(A9 TV; 7 fevral 2018)

Hər səhəri Allaha inancla, Allaha güvənərək və Allahın böyüklüyünü xatırlayaraq başlamaq çox əhəmiyyətlidir. Allahın böyüklüyünü bilərək oyanmaq qəlbə böyük fərəhlik verər və mömini ən çox Allahın sonsuz böyüklüyünü xatırlamaq rahatlaşdırar. Belə oyanan insan bütün günü rahat və təvəkküllü olar, lakin Allahın böyüklüyünü unutsa bütün günü qorxu ilə keçər.

(A9 TV; 7 fevral 2018)

Allahı ən çox kim sevirsə, Allahın sirlərinə ən çox kim qəlbini açdısa, sevgini ən çox o yaşayar. Lakin hal-hazırda dünyadan sevgi alınmış vəziyyətdədir və bu, çox böyük faciədir. Bu Dəccalın böyük oyunudur və insanlar hal-hazırda bu sevgisizliyi yaşayırlar. Sevgini yaşayan insanlar barmaqla göstərilir. İnsanlarda böyük kin, qəzəb və nifrət var. Heç vaxt bezmədən sevgidən bəhs edərək bu oyunu pozaq.

(A9 TV; 7 fevral 2018)

Səmimi insan təbii olaraq elm sahibi olar. Peyğəmbərimiz (s.ə.v) də yazıb-oxumağı bilmirdi, lakin alim idi, hikmət sahibi idi. Elm səmimi insanlara verilən nemətdir. Səmimi olan, müsbəti mənfidən, doğrunu yanlışdan ayırd edər.

(A9 TV; 7 fevral 2018)

Sevgisizlik çox dəhşətli vəziyyətdir. Dünyada ağlasığmaz dərəcədə sevgisizlik hakimdir. Bu vəziyyəti dəyişdirmək üçün həmişə sevgini gündəmə gətirmək lazımdır. Hökumət üzvləri, nazirlər, jurnalistlər, televiziya işçiləri həmişə sevgidən bəhs etsinlər və sevgini ön plana alsınlar. Həmişə sevgi sözü işlənərsə, insanların qəlbi rahatlayar.

(A9 TV; 7 fevral 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)