Gözəl əxlaqın təməli səmimiyyətdir. Allahla həmişə əlaqədə olmaq, Allah əleyhinə bir saniyə belə düşünməmək əhəmiyyətlidir. İnsanların çoxu bunu edə bilmir. Mahnılarda, şerlərdə, gündəlik söhbətlərdə çox asan Allahın əleyhinə dönə bilirlər. Məsələn, fələyə söz deyir, tale əleyhinə danışır. Bir şey olmaz zənn edir. Halbuki Allah Özünün əleyhinə dönənin müəyyən yolla mütləq qarşılığını verər. Nemət gəldikdə lovğalanır, çətinlik olduqda dərhal Allahın əleyhinə dönürlər. Bu vicdan zəifliyində olan insanın gözəl əxlaqlı və ruhən sağlam yaşaması mümkün olmaz.

(A9 TV; 11 fevral 2018)

Mükəmməlləşmək üçün neqativ olana ehtiyac var. Ruh və ağlın inkişafı üçün neqativ olanlar zəruridir. Hər kəs pozitiv, hər kəs yaxşı, hamı gözəl olsa, ruh dünyamızda inkişaf olmaz. Anormal və tərs kimi görünən vəziyyətlər ruhun daha diqqətli, daha nəzakətli, daha sabit olmasını təmin edər.

(A9 TV; 11 fevral 2018)

Qadınlar həqiqi mənada Mehdi dövründə azad olacaqdır. (Əmirəl-möminin Əli buyurdu: Qaim Mehdi qalxdığı zaman göy yağışını yağdıracaq, yer əkinlərini cücərdəcək, insanların qəlbindən kin, həsəd, düşmənçilik çıxacaq, yırtıcı heyvanlar əhliləşəcək, HƏTTA BİR QADIN İRAQDAN ŞAMA TƏKBAŞINA SƏYAHƏT EDƏCƏK AYAĞI OTLARA, YAŞILLIQLARA DƏYƏCƏK, BAŞINDA ZİNƏTİ OLACAQ, LAKİN NƏ ZƏRƏR GÖRƏCƏK, NƏ DƏ QORXU DUYACAQ. (Kitabul Cifr, İmam Əli, səh. 475)

(A9 TV; 11 fevral 2018)

Dindar mühafizəkar təbəqə ilə dünyəvi təbəqə arasında qarşılıqlı kəskin ön mühakimə hakim idi. Qəzəb sanki qapıda gözləyir və ən kiçik hadisədə cəmiyyət iki yerə bölünürdü. Biz bu qəzəbi yox etdik və razılaşma təmin etdik. Bizim həm müasir, ziyalı, həyat dolu cəhətimiz, həm də çox dindar olmağımız, iki təbəqənin razılaşa biləcəyinin canlı nümunəsi oldu.

(A9 TV; 11 fevral 2018)

Bizim mövcudluğumuz cəmiyyət içində mühüm tarazlıq ünsürüdür. Millətçi, mühafizəkar, dindar təbəqə ilə dünyəvi, rəqs, musiqi, əyləncə ilə iç-içə olan təbəqə arasında uzlaşdırıcı xüsusiyyətimiz var. Cəmiyyəti parçalamağa çalışan hər cür hərəkətə qarşı bizim mövcudluğumuz mühüm zəmanət olur. Gəzi parkı etirazlarında da, 15 iyul alçaq çevriliş cəhdində də bu cəhətimizin müsbət təsiri hər kəs tərəfindən göründü.

(A9 TV; 11 fevral 2018)

Şəhidlərin arxasından ağlamaq, kədərlənmək olmaz, Allah Quranda ayələrdə şəhidlikdən həmişə müjdə kimi bəhs edir. (Bəqərə surəsi, 154: Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz.), (Ali İmran surəsi, 169-171: Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər. Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər.)

(A9 TV; 11 fevral 2018)

Şəhidlik çox böyük sevincdir, toydur, bayramdır, Allahdan çox böyük lütfdür, çox böyük nemətdir. Allah şəhidlərimizin şəhadətini mübarək etsin. Şəhidlərimiz bizi də çağırsınlar, vəsilə olsunlar, bizdə onların yanına gedək. Bütün şəhid ailələrini Allah onların övladlarını ən uca məqama çatdırdığı üçün təbrik edirik. Nə xoşbəxt şəhidlərimizə.

(A9 TV; 11 fevral 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)